ATƏT jurnalistlərin təhlükəsizliyi və media azadlığı məsələsini müzakirəyə çıxarır

ADİHİ rəhbəri Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Azərbaycanda jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizmdən danıçacaq

İyun ayının 15-16-da Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyinin təşkilatçılığı ilə “Jurnalistlərin təhlükəsizliyi, Media azadlığı və Plüralizm” adlı iki günlük konfrans keçiriləcək. ATƏT üzvü olan ölkələrin rəsmi nümayəndələrinin, habelə hüquq müdafiəçiləri və media mənsublarının qatılacağı bu beynəlxalq toplantıda araşdırmaçı jurnalistlər və onların təhlükəsizliyi, habelə konflikt zonalarında mətbuat nümayəndələrinin azadlıq məsələləri və plüralizm problemləri müzakirəyə çıxarılacaq.

Tədbirdə iştirak edəcək Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov media azadlığını prioritet sahələrdən biri kimi qiymətləndirib və ATƏT-in Vyana toplantısında Azərbaycanda jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizmdən danışacağını bildirib: “Azərbaycanda media azadlığı, xüsusən də jurnalistlərin təhlükəsizliyi məsələsini qabardacam və bununla bağlı ayrıca məruzə ilə çıxış edəcəm. Azərbaycanda bu sahədə müəyyən problemlərin olduğunu bilirik və çalışırıq ki, fəaliyyətimizi də bu problemlərin həlli istiqamətində quraq. Lakin bir sıra beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi məqamlarla da razılaşa bilmərik və həmin hesabatları rəsmi Bakıya münasibətdə ikili standrtların təzahürü kimi səciyyələndiririk. ATƏT-in Vyana toplantısındakı çıxışım da məhz bu məqam üzərində qurulacaq. Çalışacam ki, Azərbaycandakı mövcud problemləri olduğu kimi çatdırım, eyni zamanda ölkəmizlə bağlı səslənən yalnış fikirləri da ATƏT rəsmilərinin diqqətinə çatdırım.”

332 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT jurnalistlərin təhlükəsizliyi və media azadlığı məsələsini müzakirəyə çıxarır

10 Haziran 2015

By
@
backtotop