ATƏT-in Bakı ofisinin bağlanması narahatlıq doğurur – ADİHİ-nin bəyanatı

Əhməd Şahidov: “Azərbaycanda insan haqları və demokratiyanın inkişaf etdirilməsində, habelə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in əvəzsiz xidmətləri olub”

İyun ayının 3-də Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Vyanadakı baş ofisinə məktub göndərib. Məktubda bildirilir ki, “Azərbaycan hökuməti artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir”.

İyunun 5-də ATƏT-in Baş Katibi Lamberto Zannier ATƏT-in üzvü olan ölkələrə rəsmi Bakının qərarı haqqında məlumat verib. Qeyd edək ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsini səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azaldıb.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, bəyan edirik ki, Azərbaycanda insan haqları və demokratiyanın inkişaf etdirilməsində əvəzsiz xidmətləri olmuş ATƏT eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində uzun illər vasitəçi rolunu oynayıb. Azərbaycanda onlarla layihələrə dəstək vermiş ATƏT eyni zamanda ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında, habelə QHT nümayəndələri, jurnalistlər və ictimai fəalların beynəlxalq konfranslarda iştirak etməklə təcrübələrinin artırılmasında misilsiz xidmətlər göstərib. ATƏT-in Bakıdakı ofisinin bağlanması ilə bağlı qərar bu təşkilatla Azərbaycanın gələcək əməkdaşlığına mənfi təsir göstərəcək və Azərbaycanın beynəlxalq dayaqlarının zəifləməsinə səbəb olacaq. ADİHİ olaraq, hər zaman ATƏT-in ayrı-ayrı qurumları ilə yaxından əməkdaşlıq etmiş və bundan sonra da əməkdaşlığımızı davam etdirəcəyik.

08 İyun 2015-ci il
Bakı, Azərbaycan

309 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT-in Bakı ofisinin bağlanması narahatlıq doğurur – ADİHİ-nin bəyanatı

08 Haziran 2015

By
@
backtotop