Dünya Gənc Liderlər Forumunda Azərbaycanı Əhməd Şahidov təmsil edəcək – VİDEO

Bratislavada keçiriləcək GLOBSEC 2015 Forumunda Avropada təhlükəsizlik və insan haqları məsələləri prioritet olacaq

19-21 İyun 2015-ci il tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2015 – Qlobal Təhlükəsizlik Forumu keçiriləcək. Dövlət və hökumət başçıları, yüksək ranqlı diplomatlar və ictimai-siyasi xadimlərin qatılacağı bu mötəbər tədbirdə Avropa coğrafiyasında təhlükəsizlik, demokratiya və insan haqları məsələləri müzakirə olunacaq.

GLOBSEC 2015 Forumu çərçivəsində Dünya Gənc Liderlər Forumu da keçiriləcək ki, bu tədbirdə 40 ölkənin təmsilçiləri iştirak edəcəklər. Hər ölkədən bir gəncin iştirak edəcəyi bu nüfuzlu toplantıda Azərbaycanı ADİHİ rəhbəri Əhməd Şahidov təmsil edəcək.

GLOBSEC 2015 Forumu barədə öz təəssüratlarını bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanı GLOBSEC 2015 Forumunda təmsil etməkdən qürur hissi keçirdiyini dilə gətirdi: “Hər il keçirilən GLOBSEC Forumu dünya liderlərinin və siyasətçilərinin iştirak etdiyi nüfuzlu beynəlxalq tədbirdir. Əsasən təhlükəsizlik və fundamental azadlıqlar məsələlərinin müzakirə edildiyi bu toplantıda hər ölkədən bir nəfər olmaqla gənclər də dəvət olunur və gənclərin dünya liderləri ilə canlı ünsiyyəti təşkil olunur, səmərəli fikir mübadiləsi aparılır. Mən də GLOBSEC 2015 Forumuna ciddi hazırlaşıram və Azərbaycan haqqında məruzə ilə çıxış edəcəm, ölkəmizin beynəlxalq arenadakı rolu haqqında danışacam, Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini və 20 faiz torpaqlarının işğal altında olduğunu, bununla belə radikalizmə və ekstremizmə qarşı mübarizədə öz töhfəsini verdiyini diqqətə çatdıracam.”

Əhməd Şahidovun GLOBSEC Gənc Liderlər Forumunun iştirakçılarına video müraciəti

319 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Dünya Gənc Liderlər Forumunda Azərbaycanı Əhməd Şahidov təmsil edəcək – VİDEO

12 Mayıs 2015

By
@
backtotop