ADİHİ nümayəndə heyəti Avstriya Ombudsman İnstitutunda görüş keçirib

Avstriyalı ombudsman Dr. Günther Krauterə azərbaycanlı əsirlər haqqında kitab hədiyyə edilib
Aprel ayının 16-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya Ombudsman İnstitutunda görüş keçirib. Avstriya ombudsmanı Dr. Günther Krauter ilə görüş zamanı Avstriyanın insan haqları sahəsindəki təcrübəsi ilə maraqlanan ADİHİ rəhbəri Əhməd Şahidov rəhbərlik etdiyi təşkilat barədə ətraflı məlumat verib, qarşılıqlı əməkdaşlıq məsələsini müzakirə edib.
ADİHİ nümayəndə heyətini Vyanada salamlamaqdan məmnunluğunu ifadə edən Dr. Günther Krauter eyni zamanda Beynəlxalq Ombudsman İnstitutunun baş katibi vəzifəsini icra etdiyini diqqətə çatdırıb və Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib. ADİHİ-nin Avstriya ilə əlaqələrindən danışan hüquq müdafiəçisi Əhməd Şahidov azərbaycanlı əsirlər barədə danışıb və iki min azərbaycanlı əsir haqqında hazırlanmış “Bizi əsirlikdən qurtarın” adlı çoxdilli kitabı avstriyalı həmkarına hədiyyə edib.

aob aob1 aob2 aob3 aob4 aob5 aob6 aob7

308 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ nümayəndə heyəti Avstriya Ombudsman İnstitutunda görüş keçirib

16 Nisan 2015

By
@
backtotop