Azərbaycanda sərbəst toplaşmaq azadlığı ATƏT-də müzakirə olunacaq

Hüquq müdafiəçisi Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Azərbaycanda sərbəst toplaşmaq azadlığının vəziyyətindən danışacaq

16-17 Aprel tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in növbəti toplantısı keçiriləcək. Sərbəst toplaşmaq azadlığının müzakirə olunacağı bu dəfəki tədbirdə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da məruzə ilə çıxış edəcək. ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə baş tutacaq bu beynəlxalq tədbirdə ATƏT üzvü olan ölkələrdə sərbəst toplaşmaq azadlığı müzakirə olunacaq və ayrı-ayrı ölkələr barədə məruzələr dinləciləcək.

Həmin tədbirdə çıxış edəcək ADİHİ rəhbəri Əhməd Şahidov ‘Yeni Müsavat’ qəzetinin müxbirinə bildirib ki, tədbirdə Azərbaycanda insan haqlarının vəziyyəti, xüsusən də vətəndaşların sərbəst toplaşmaq azadlığı haqqında danışacaq: ‘ATƏT-in bu dəfəki toplantısında Azərbaycanda sərbəst toplaşmaq azadlığının durumu barədə çıxışım olacaq. Bu sahədə zaman-zaman problemlər müşahidə etmişimk, lakin son aylar müsbət tendensiyaları görməkdəyik. Xüsusən də müxalifətin son mitinqləri diqqətiçəkəndir. Vyanadakı müzakirələrdə də əsasən bu barədə çıxış etmək niyyətindəyəm’.

302 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda sərbəst toplaşmaq azadlığı ATƏT-də müzakirə olunacaq

03 Nisan 2015

By
@
backtotop