ADİHİ Milli Şuranın 5 Aprel mitinqini monitorinq edəcək

Əhməd Şahidov: “ATƏT-in 16-17 Aprel Vyana toplantısında Azərbaycanda sərbəst toplaşmaq azadlığının durumu barədə məruzə edəcəm”
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun əməkdaşları Milli Şuranın 5 Aprel tarixinə planlaşdırılan mitinqini monitorinq edəcəklər. “Məhsul” stadionunda keçiriləcək etiraz aksiyasında vətəndaşların iştirakı, onlara yaradılan şərait, hüquq mühafizə orqanlarının aksiya iştirakçılarına münasibəti və aksiyanın mühafizəsini monitorinq edəcək ADİHİ rəhbərliyi bu barədə ayrıca hesabat hazırlayaraq, ATƏT rəsmilərinə təqdim edəcək.
Bu barədə açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 5 Aprel mitinqinə icazə veriləcəyinə ümid etdiyini və Azərbaycanda sərbəst toplaşmaq azadlığı sahəsində müsbət tendensiyaların bundan sonra da qorunacağına inandığını bildirdi: “ADİHİ olaraq, Milli Şuranın 5 Aprel mitinqini monitorinq edəcəyik. Məqsədimiz həm aksiya iştirakçılarının, həm də aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarının davranışlarını müşahidə etməkdir. 16-17 Aprel tarixlərində Vyana şəhərində ATƏT-in zirvə toplantısı keçiriləcək və bu dəfə ATƏT coğrafiyasında sərbəst toplaşmaq azadlığı məsələsi müzakirə olunacaq. 5 Aprel mitinqində qeydə alacağımız məqamları Vyanada məruzə şəklində təqdim etməyi düşünürük”.

279 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ Milli Şuranın 5 Aprel mitinqini monitorinq edəcək

01 Nisan 2015

By
@
backtotop