Erməni millətçiləri azərbaycanlı hüquq müdafiəçisini hədəfə aldılar – FOTOFAKT

Erməni millətçiləri sosial şəbəkələrdə Əhməd Şahidova qarşı təhdid xarakterli şərhlər yazmağa başlayıblar
Martın 1-dən başlayaraq, Facebook sosial şəbəkəsində yüzlərlə erməni millətçisi azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidova qarşı təhqir xarakterli kampaniyaya start verib. Əhməd Şahidovun Facebook səhifəsinə daxil olan erməni millətçiləri Varşavadakı erməni səfirliyi qarşısında keçirilən son aksiya ilə bağlı öz fikirlərini yazır və aksiyanın əsas təşkilatçılarından olan azərbaycanlı hüquq müdafiəçisini təhdid edirlər.
Rus, ingilis və erməni dillərində yazılan şərhlərin əksəriyyəti Azərbaycan xalqının təhqir və təhdid edilməsinə xidmət edir. Eyni zamanda azərbaycanlı gənc Əhməd Şahidovu hədəf seçən erməni millətçiləri onun ünvanına da təhqir dolu ifadələr işlədir və Əhməd Şahidovun Avropaya gələcək səfərlərinin əngəllənməsini istəyirlər.
Bununla bağlı açıqlama verən azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ermənilərin artıq 3 gündür ki, onu təhdid etdiklərini, Facebook və elektron poçtlarına təhdid xarakterli mesajlar yazdıqlarını bildirib. Bunu 26 Fevral tarixində Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarşısında keçirilən etiraz aksiyası ilə əlaqələndirən Əhməd Şahidov məhz bu səbəbdən ermənilərin qəzəbinə tuş gəldiyini bildirdi.

Bu təhdidlərdən əsla qorxmadığını, Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini deyən Əhməd Şahidov eyni zamanda Azərbaycan dövlətinin gücünə inandığını və dövlətin öz vətəndaşlarının təhlükəsizliyini təmin etdiyinə inandığını bildirdi.
Qeyd edək ki, erməni millətçiləri indi də təhqir dolu yazışmaları davam etdirirlər. Oxucularımızdan xahiş edirik ki, bu ünvana daxil olub düşmənin layiqli cavabını versinlər
https://www.facebook.com/shahidovcom/posts/889485071074037

ermeni-1ermeni-2 ermeni-3 ermeni-4 ermeni-5 ermeni-6 ermeni-7 ermeni-8 ermeni-9 ermeni-10

280 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Erməni millətçiləri azərbaycanlı hüquq müdafiəçisini hədəfə aldılar – FOTOFAKT

02 Mart 2015

By
@
backtotop