Azərbaycan vətəndaşlığının itirilməsinin əsasları qəbul olunub

mmAzərbaycanda vətəndaşlığın itirilməsilə nəticələnə biləcək qanun narahatlıq yaradıb.

Milli Məclisin “Vətəndaşlıq haqqında” Qanuna etdiyi dəyişiklərə görə, Azərbaycan vətəndaşı digər dövlətin vətəndaşlığını könüllü əldə edərsə, vətəndaşlığını itirə bilər.

Dəyişiklərin qanunvericilikdə boşluqlar olması baxımından edildiyini qeyd edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yenilikləri “əhəmiyyətli” adlandırıb.

Hərçənd ki, miqrasiya hüququnu müdafiə edənlər dəyişikləri Konstitusiyaya “zidd” hesab edir.

“Konstitusiya deyir ki, şəxs heç bir halda öz vətəndaşlığını itirə bilməz, həmçinin (BMT) Konvensiya(sı) deyir ki, müddəalar şəxsi vətəndaşlığı olmayan şəxsə çevirirsə, bu qanunla nəzərdə tutulsa belə o, vətəndaşlığını itirmir”, miqrasiya məsələləri üzrə hüquqşünas Asima Nəsirli deyir.

Onun sözlərinə görə, əvvəlki maddədən savayı, əlavə edilənlər “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” BMT Konvensiyasına və Konstitusiyaya “uyğun” deyil.

Şəxsin xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidməti də vətəndaşlığı itirməyə səbəb verə bilər.

Bura, həmçinin “dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışa malik olmaq” da aiddir.

Yeniliklər qanun qüvvəyə minənə qədər xarici ölkə vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarına aid deyil.

“Canlı meyit”

Hüquqşünas Asima Nəsirli qeyd edir ki, dəyişikliklər “xeyli” vətəndaşlığı olmayan şəxslərin yaranmasına səbəb ola biləcəyindən “kriminogen vəziyyət” yarada bilər.

“Vətəndaşlığı olmayan şəxs canlı meyit deməkdir-onun vətəndaş kimi heç bir hüququ yoxdur, o işləyə bilməyəcək, yoxsullaşacaq, əsas məsələ də qidalanmaq ehtiyacını ödəyə bilməyəcək, belə olarsa, avaralığın, fahişəliyin, cinsi istismarın qurbanına çevriləcək”.

Hüquqşünas müddəalar arasında birinə – “şəxsin dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışa malik olarsa, vətəndaşlığını itirə bilməsinə” diqqətin xüsusi cəlb edilməsini istəyir.

“Bu, qeyri-müəyyən normadır. Deyə bilməzsən ki, ciddi təhlükəsizliyə zərər vuran davranış nə deməkdir. Bir nəfər hökümət nümayəndələrindən üzvlərindən birini tənqid etsə və onu ciddi təhlükəsizliyə ziyan vuran davranışla cinayət məsuliyyətinə cəlb etsələr vətəndaşlıqdan məhrum edəcəklər”, – deyən Nəsirli bu müddəanı “qərəzli” hesab edir.

Onun sözlərinə görə, şəxs törətdiyi cinayətə görə cəza çəkirsə, ona ikinci bir cəza verilməsi – vətəndaşlıqdan məhrum edilməsi “absurd”dur.

Asima Nəsirli deyir ki, sırf bu maddədə vətəndaşlığın itirilməsindən söhbət gedə bilməz – “bu, məhrumetmədir, faktiki olaraq məhrumetməyə bərabərdir”.

Dövlət “özünü qoruyur”

Bütün dəyişiklərin Konstitusiyaya “uyğun” olduğunu deyən deputat Əli Hüseynli deyib ki, burada məqsəd, ölkənin vətəndaşlığını qəbul edənlərin bu barədə Azərbaycan hakimiyyət orqanlarını məlumatlandırmaları sahəsində məsuliyyəti artırmaqdır.

“Əlavə və dəyişiklər vətəndaşlığın itirilməsi mexanizmini tənzimləyir”.

Onun sözlərinə görə, məsələ vətəndaşlıqdan məhrum edilmək yox, şəxsin öz seçimi əsasında Azərbaycan vətəndaşlığını itirməsidir.

Xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət edən şəxsin vətəndaşlığını itirməsi müddəası da narazılığa səbəb olub.

Parlamentdə müzakirələr

“Əgər vətəndaşımız Türkiyə Silahlı Qüvvələrində alim kimi çalışırsa, niyə o, vətəndaşlıqdan məhrum edilməlidir” – deyə deputat Fazil Mustafa sual edib.

Parlament spikeri Oqtay Əsədov bildirib ki, söhbət yalnız başqa ölkənin vətəndaşlığını qəbul etmiş şəxslər – yəni üzərinə öhdəlik götürmüş şəxslər barədədir.

“Əgər o şəxs başqa ölkənin ordusunda, bələdiyyəsində iştirak edirsə, üzərinə öhdəlik götürür”.

Hakim partiya deputatı Mübariz Qurbanlı da etiraz edənləri qınayıb və bildirib ki, elmi mütəxəssislər xarici ölkələrdə müqavilə əsasında Azərbaycan vətəndaşı kimi çalışacaq.

“Bəzi adamlar istəyirlər ki, həm Azərbaycanda, həm kənarda otursunlar. Şəxs başqa ölkənin vətəndaşlığını qəbul edirsə, avtomatik Azərbaycan vətəndaşlığını itirir”.

Cənab Qurbanlı qeyd edib ki, bu qanunla “dövlət özünü qoruyur”.

“Gözləməliyik ki, Azərbaycan vətəndaşlarının bir qismi başqa ölkənin vətəndaşlığını qəbul etsin, sonra da bu, bizə problem yaratsın?”

Şəhadətnamə

Qanuna edilmiş başqa dəyişiklərə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş şəxs 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Əks halda həmin şəxsi cinayət məsuliyyəti gözləyir.

Dəyişiklərə əsasən, doğum haqqında şəhadətnamə vətəndaşlığı təsdiq edən sənədlər arasından çıxarılıb.

Bununla razı olmayan hüquqşünas Asima Nəsirli deyir ki, bu dəyişiklik də “Konstitusiyaya ziddir”.

“Kiminsə uşağı Azərbaycanda doğulub, amma xaricdə yaşayır, həmin şəxs övladına şəhadətnamə almaq istəsə, gərək Miqrasiya Xidmətinə müraciət edə. MX razılıq verərsə, onun vətəndaşlığı təsbit olunacaq. Bu isə, qanunun aliliyini pozur”.

Bundan sonra, Azərbaycanda vətəndaşlığı təsdiq edən sənədlər- şəxsiyyət vəsiqəsi və pasportdur.

316 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan vətəndaşlığının itirilməsinin əsasları qəbul olunub

31 Mayıs 2014

By
@
backtotop