Azərbaycan mətbuatının durumu ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyində müzakirə olunub

ADİHİ rəhbəri Əhməd Şahidov ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyində görüş keçirib

Fevral ayının 23-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyində olub. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin müşavirləri Dr. Ana Karlsrayter və Aydar Botaqarov ilə görüşən ADİHİ rəhbəri Azərbaycanda mətbuat azadlığının vəziyyəti barədə danışıb və rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüş zamanı xanım Ana Karlsrayter və cənab Aydar Botaqarov Azərbaycandakı prosesləri diqqətlə izlədiklərini diqqətə çatdırıb və media azadlığı üzrə müvafiq hesabatlar hazırladıqlarını bildiriblər.
Qarşılıqlı fikir mübadiləsi zamanı ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi və ADİHİ arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

287 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan mətbuatının durumu ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyində müzakirə olunub

23 Şubat 2015

By
@
backtotop