ADİHİ rəhbəri Qətərlə əməkdaşlıq müqaviləsi imzaladı

Hüquq müdafiəçisi Əhməd Şahidov Doha şəhərində mühüm razılıq əldə etdi

Fevral ayının 18-də Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu ilə Qətər Milli İnsan Haqları Komitəsi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. ADİHİ rəhbəri Əhməd Şahidov və Qətər Milli İnsan Haqları Komitəsinin baş katibinin müavini Sultan Həsən Əl-Camali tərəfindən imzalanan müqavilə iki qurum arasında gələcək əməkdaşlıq münasibətlərini müəyyən edir.

ADİHİ rəhbəri Əhməd Şahidovun sözlərinə görə, Qətərlə imzalanan bu müqavilə özündə mühüm məqamları əks etdirir və ADİHİ-nin Qətərlə və digər Ərəb ölkələri ilə bağlı iri layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

İmzalama mərasiminin sonunda Sultan Həsən Əl-Camaliyə Azərbaycan həqiqətlərini özündə əks etdirən və dörd dildə çap olunmuş “Qarabağ – dünən və bugün” adlı kitab da hədiyyə edilib, Dağlıq Qarabağ münaqişəsi və bir milyondan artıq məcburi köçkünün durumu barədə Qətər rəsmisinə məlumat verilib.

qatar4 qatar5 qatar6 qatar7 qatar8

291 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Qətərlə əməkdaşlıq müqaviləsi imzaladı

18 Şubat 2015

By
@
backtotop