Azərbaycanda seçkilər qeyri-bərabər şəraitdə keçirilir

seckilerAzərbaycanda seçkilərdə inzibati resurslardan hakim partiyanın və onun namizədlərinin xeyrinə istifadə təcrübəsi mövcuddur.

Bununla əlaqədar olaraq, seçki kampaniyaları müxtəlif siyasi qüvvələr üçün qeyri-bərabər şərtlərlə keçirilir. Bu barədə cümə günü “Dövlət resurslarından istifadənin monitorinqi” mövzusunda keçirilən mətbuat konfransında deyilib.

Bu layihəni Aİ-nin dəstəyi ilə İqtisadi Araşdırmalar Mərkəzi, Demokratik İslahatlar İctimai Birliyi və Qafqaz Media Araşdırmaları Mərkəzi həyata keçirir.

Demokratik İslahatlar və İnsan Hüquqları İctimai Birliyinin nümayəndəsi Rəfael Hümbətov qanunvericiliyin ekspertizası əsasında seçki kampaniyalarının maliyyələşdirilməsi mövzusunda məruzə təqdim edib. Məruzə 1998-ci ildən 2013-cü ilə qədər bütün seçkiləri əhatə edib.

2010-cu ildən etibarən dövlətin seçki iştirakçılarının seçki kampaniyaları üçün maliyyə ayırması təcrübəsinə son qoyulub.

Digər tərəfdən, kampaniyaların maliyyələşdirilməsi sahəsində şəffaflıq yoxdur, MSK isə vətəndaşların namizədlərin gəlirləri haqqında bəyannamələrinə çıxışlarını təmin etmir.

Bu zaman namizədlərin xərclər və əmlak bəyannaməsi nəzərdə tutulmayıb, bir halda ki, Rusiyada belə təkcə namizədlər deyil, onların ailə üzvləri də ətraflı bəyannamələr verir.

Qeyd edək ki, 2013-cü il prezident seçkilərində Milli Şuradan prezidentliyə namizəd Cəmil Həsənli öz bəyannaməsini elan edib və MSK-dan rəqibi İlham Əliyevin bəyannaməsini tələb edib. Lakin MSK namizəddən icazə almaq zərurətinə istinad edərək, bundan imtina edib.

Məruzədə həmçinin seçki kampaniyalarının maliyyələşdirilməsi və kütləvi dəstəyi olan partiyalara pul vəsaiti verilməsi, namizədlər üçün bərabər imkanların yaradılması, siyasi reklam üçün KİV-lərin özlərinin qiymət müəyyən etməsi, seçki fondları üzərində ictimai nəzarətin təmin edilməsi zərurəti və s. haqqında tövsiyələr yer alıb.

Hümbətov həmçinin seçki kampaniyalarının dövlət tərəfindən maliyyələşdirilməsinin azaldığını qeyd edib. Belə ki, 2010-cu ilə qədər təşviqat kampaniyaları 60 gün davam edirdi, prezident seçkilərində pulsuz efir vaxtı isə 24 saat təşkil edirdi. İndi bu göstəricilər müvafiq olaraq 23 gün və 9 saata qədər azalıb.

Seçicilərlə görüşlər keçirmək üçün yerlər də məhduddur.

Namizədlərin təşviqat resursundan istifadə etməsi də problemdir.

Deputatlığa namizədlər formal olaraq seçki kampaniyası müddətində öz vəzifə öhdəliklərindən uzaqlaşırlar, lakin parlamentə seçildikdən sonra onlar öz vəzifələrinə qayıdırlar. Hazırki parlamentdə 20-yə yaxın belə deputat var.

İqtisadi Araşdırmalar Mərkəzinin eksperti Qubad İbadoğlu diqqəti inzibati resursların müxtəlif formalarından – güc, institusional (dövlət müəssisələri), qanunverici, media, maliyyə resurslarından istifadəyə çəkib.

Bu zaman o, kampaniya zamanı əmək haqlarının, yardımların və təqaüdlərin artırılması təcrübəsini qeyd edib. 2013-cü il prezident seçkilərində seçkilərə qədər prezident əmək haqlarının, yardımların və təqaüdlərin artırılması haqqında 45 sərəncam verib ki, bu da 2 mln. nəfəri və ya seçicilərin 40%-ni əhatə edib.

Bundan başqa, dövlət başçısı seçkilərə qədər Ehtiyat Fondundan regionların sosial-iqtisadi inkişafına 253 mln. manat ayrılması haqqında 87 sərəncam verib.

Bundan başqa, 2013-cü ilin büdcəsində “başqa xərclər” 3 mlrd. manat nəzərdə tutulub (bu büdcənin 14%-nə bərabərdir), lakin bu xərclərin təsnifatı göstərilməyib.

2013-cü il prezident seçkilərində vəsaitdən istifadəyə gəlincə, xüsusi monitorinq aparılmayıb.

307 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda seçkilər qeyri-bərabər şəraitdə keçirilir

31 Mayıs 2014

By
@
backtotop