Hüquq müdafiəçisi Strasburqda ermənilərin aksiyasına müdaxilə etdi, qarşıdurma yarandı… aksiya dağıdıldı – VİDEO

Əhməd Şahidovun Xocalı soyqırımından danışması erməni millətçilərini özündən çıxartdı

Yanvarın 28-də Fransanın Strasburq şəhərində Aävropa Şurası Parlament Assambleyasının növbəti iclası keçirilib. Avropalı deputatların iclas keçirdikləri zaman AŞPA binası qarşısında müxtəlif millətlərin diasporları etiraz aksiyaları keçirirdilər.

Təqribən 40-a yaxın erməni nümayəndəsi də AŞPA binası qarşısında qondarma “erməni qoyqırımı”nın tanınması ilə bağlı aksiya keçirirdi. Qarşı tərəfdə isə 5000 Türkiyə və Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə izdihamlı mitinq keçirilirdi.

AŞPA müzakirələrində iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da həmin aksiyaları müşahidə edirdi. Ermənilərin aksiyasına yaxınlaşan hüquq müdafiəçisi əvvəlcə ermənilərin nəyə etiraz etdiklərini soruşub və aksiya iştirakçılarını dinləyib. Daha sonra Xocalı soyqırımı barədə söz açan hüquq müdafiəçisi ermənilərin etirazları ilə qarşılaşıb və ermənilər uca səslə Əhməd Şahidova qarşı etiraz şüarları səsləndirməyə başlayıblar. Aksiyanı mühafizə edən Strasburq polisi qarşıdurmanın baş verməməsi məqsədilə Əhməd Şahidovu hadisə yerindən uzaqlaşdırıb və ermənilərin aksiya keçirilən yeri tərk etmələrini tələb edib. Ermənilər aksiyanı yarımçıq dayandırıb və ərazini tərk ediblər.

IMG_0942

IMG_0931

361 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Hüquq müdafiəçisi Strasburqda ermənilərin aksiyasına müdaxilə etdi, qarşıdurma yarandı… aksiya dağıdıldı – VİDEO

28 Ocak 2015

By
@
backtotop