Qarabağ həqiqətləri Avstriya Milli Kitabxanasına təqdim olundu – VİDEO

Hüquq müdafiəçisi Əhməd Şahidov Avropanın ən böyük kitabxanasına “Qarabağ: dünən və bugün” adlı ensiklopedik kitab hədiyyə edib

Avstriyanın paytaxtı Vyana şəhərində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Yanvar ayının 27-də Avstriya Milli Kitabxanasında olub və kitabxananın əməkdaşları ilə görüşüb. Görüş zamanı rəhbərlik etdiyi qurum barədə danışan hüquq müdafiəçisi eyni zamanda Dağlıq Qarabağ konflikti barədə ətraflı məlumat verib və azərbaycanlı qaçqınların hüquqlarından söz açıb.

On milyona yaxın müxtəlif adda ədəbiyyatın qorunub saxlanıldığı bu elm ocağı Avropanın ən böyük kitabxanalarından sayılır. Kitabxananın fəaliyyəti ilə yaxından tanış olan ADİHİ rəhbəri Əhməd Şahidov Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağın tarixini, mədəniyyətini və bugününü əks etdirən və 4 dildə dərc edilmiş “Qarabağ: dünən və bugün” adlı ensiklopedik kitabı Avstriya Milli Kitabxanasına hədiyyə edib. Belə bir ədəbiyyatın həmin kitabxanada saxlanılması təkcə avstriyalı gənclərin deyil, bütün Avropa oxucularının Qarabağ barədə dolğun məlumat əldə etməsinə imkan yaradacaq.

IMG_0744 IMG_0747

351 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Qarabağ həqiqətləri Avstriya Milli Kitabxanasına təqdim olundu – VİDEO

27 Ocak 2015

By
@
backtotop