Elçin Behbudov MTN İstintaq Təcridxanasında monitorinq aparıb

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu gün MTN İstintaq Təcridxanasında monitorinq çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri, dövlətə xəyanətdə ittiham olunan Elşən Mustafayevə baş çəkib.

Behbudovun Turan agentliyinə verdiyi məlumata görə, həbs edilmiş şəxs saxlanma şəraitindən və ona qarşı rəftardan şikayət etməyib. Lakin o, dövlətə xəyanət ittihamını təkzib edib.

Behbudov həmçinin Suriyada İŞİD tərkibində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan Kamran Əzizov və Vidadi Sultanovla görüşüb. Onlar da saxlanma şəraitindən şikayət etməyiblər.

Əzizov İŞİD-də iştirakından peşman deyil.

Sultanov isə Suriyaya getdiyinə görə peşmandır. Onun sözlərinə görə, o, yalnız təlim keçib, döyüş əməliyyatlarında iştirak etməyib.

Behbudov həmçinin məşhur konfliktoloq Arif Yunusovun vəziyyəti ilə maraqlanıb. Behbudovun sözlərinə görə, onun vəziyyəti normaldır.

348 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Elçin Behbudov MTN İstintaq Təcridxanasında monitorinq aparıb

17 Ocak 2015

By
@
backtotop