Elçin Behbudov: “Erməni hərbçi üçüncü ölkəyə getmək istəyir”

Azərbaycan İşgəncələr Əleyhinə Komitəsinin rəhbəri Elçin Behbudov ötən gün Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin qaupvaxtasına monitorinq çərçivəsində 9 dustaqla yanaşı orada saxlanılan erməni hərbçi Arsen Bağdasaryanla da görüşüb.

E.Behbudov Turan-a bildirib ki,  Bagdasaryan saxlanma şəraitindən şikayətlənməyib.

“Əksinə, o razılıqla qeyd etdi ki, gündə üç dəfə isti yeməklə təmin olunur, siqaret, mülki geyim verilib”, – E.Behbudov bildirib.

Onun sözlərinə görə, Bağdasaryan  Xankəndi sakini olduğunu və müqavilə əsasında erməni ordusunda xidmət etdiyini bildirib.

Bağdasaryan erməni ordusunda əsgərlərin ağır vəziyyətindən danışıb, onların zabitlər tərəfindən döyüldüyünü, vaxtı ötmüş qida ilə təmin olunduqlarını deyib.

O, Ermənistana qayıtmaq istəmədiyini bildirib və üçüncü ölkəyə verilməsini xahiş edib.

E.Behbudov Bağdasaryanın razılığı ilə onunla şəkil çəkdirib və söhbəti diktofona yazıb.

Cəzaçəkmə müəssisələrinin monitorinqi  çərçivəsində hüquq müdafiəçisi bundan əvvəl də Ermənistandan olan mülki  şəxslər və hərbçilərlə görüşüb.

“Onlarla söhbət zamanı saxlanma şəraitindən razı olduqlarını bildirmişdilər və buna görə təşəkkür etmişdilər. Lakin Ermənistana və üçüncü ölkəyə getdikdən sonra onların döyülməsi və işgəncələr verilməsi haqda uydurmalar danışıblar. Odur ki, bu cür spekulyasiyalardan qaçmaq üçün erməni hərbçi ilə söhbəti yazdım və onunla forto çəkdirdim”, – E.Behbudov bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə,  Bağdasaryan 2013-cü il dekabrın 26-da erməni kəşfiyyat-təxribat qrupu Ağam istiqamətində cəbhə xəttini keçməyə cəhd edərkən əsir düşüb.

211 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Elçin Behbudov: “Erməni hərbçi üçüncü ölkəyə getmək istəyir”

14 Ocak 2015

By
@
backtotop