Vaşinqtonda Azərbaycandakı vəziyyət müzakirə olunacaq

Yanvarın 12-də Vaşinqtonda Azərbaycanda vəziyyətə həsr olunmuş dinləmələr keçiriləcək. “Azərbaycanda müstəqil səslərin susdurulmassı” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunacaq.

Təşkilatın saytında yayılan məlumatda deyilir ki, Azərbaycanda  bu vaxta qədər olmayan səviyyədə müxalif düşüncəli insanlara qarşı repressiya siyasəti aparılır. Görkəmli jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi fəalların həbsi qorxulu vəziyyət yaradıb.

“Yaranmış vəziyyət bizi belə bir tədbiri təşkil edərək, Azərbaycandakı mövcud şəraiti və çıxış yollarını müzakirə etməyə vadar edir”, – məlumatda bildirilir.

Dinləmələrdə Massaçusets  Universitetinin  professoru Odri Alştadt, ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melia, “Azadlıq” radiosunun  Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu, REAL Hərəkatının İdarə Heyətinin üzvü Altay Göyüşov, NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun çıxışları gözlənilir.

431 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Vaşinqtonda Azərbaycandakı vəziyyət müzakirə olunacaq

05 Ocak 2015

By
@
backtotop