Kənan Kazımoğlu: Azadlıq Radiosu fəaliyyətini davam etdirəcək

Dekabrın 26-da Azərbaycan rəsmiləri Azadlıq Radiosunun Bakı bürosuna reyd keçirib və idarəni möhürləyiblər. Bundan az sonra isə Azadlıq Radiosu əməkdaşları prokuror idarəsində dindirilib. Baş verənlər radionun tanınmış jurnalisti Xədicə İsmayılın həbsindən sonraya təsadüf edir. Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu Azadlıq Radiosu ətrafında baş verən hadisələri Amerikanın Səsinin Amerika İcmalı proqramında müzakirə edib.

“Radioya qarşı baş verənlər tamamilə qanunsuz hərəkətlərdir və bu hərəkətlər Azərbaycan prokurorluğunun nümayəndələri tərəfindən həyata keçirilir. Hadisələrin tam əvvəlindən bütün addımlar qanunsuz şəkildə atılıb. Radionun Bakı bürosuna basqın olub. Radionun əmlakı müsadirə olunub, radionun işçilərinə təzyiq göstərilib və radionun Bakı bürosunun qapısına möhür vurulub və faktiki olaraq onun fəaliyyəti iflic vəziyyətinə çatdırılıb. Radioya qarşı bu reydin hansı səbəbdən edilməsi heç bir formada izah edilməyib. Bizim vəkillər baş verənlərin səbəbinin izah edilməsini tələb etdilər, rəsmilər hər hansı bir sənəd verməkdən imtina etdilər.”

O, qeyd edib ki, Bakı ofisinə reyddən bir-iki gün sonra Azadlıq Radiosunun əməkdaşları kütləvi şəkildə prokurorluğa aparılıb və onlardan şahid ifadələri alınmasına cəhd göstərilib: “26 yaxın əməkdaşımızdan şahid ifadəsi alınıb. Və bütün bu proseslər vəkilsiz baş verib. Azərbaycan qanunvericiliyinə görə, vətəndaş prokurorluqda ifadə verdiyi zaman vəkillə təmin olunmalıdır. Bu, onun hüququdur. Lakin bizim vəkil Yalçın İmanov prokurorluğa gələn kimi onun dərhal işdən kənarlaşdırıblar və ona deyiblər ki, “sən artıq bu işdə vəkil deyilsən, şahidsən.” Faktiki olaraq bütün əməkdaşlarımız müdafiəsiz qalıb. Onlardan bu ifadələrin hansı formada və şəraitdə alınması, bütün bu proses qanunsuz aparılıb.”.

O, rəsmi ittihamların hələ də aydın olmadığını və radioya rəsmi məlumatın verilmədiyini vurğulayıb: “Bizə hələ də bu ittihamların mahiyyəti aydın deyil, çünki bizə hələ radionun özünə rəsmi şəkildə məlumat bildirilməyib, hansısa mətbuata məlumat sızdırırlar, radioya qarşı absurd ittihamlar irəli sürürlər. Biz bu ittihamları tamamilə rədd edirik, biz baş verənləri tamamilə qanunsuz sayırıq, büronun bərpasınə və işinin normal fəaliyyətinin dərhal bərpasını tələb edirik.

Bildirmək istəyirəm ki, Azadlıq Radiosu öz işini heç bir halda dayandırmayıb, radio öz işini davam etdirir və davam etdirmək niyyətindədir. İstər Bakıda olsun, istər Praqa radionun işinin dayandırılması bizim planlarımıza daxil deyil. Təbii bu proseslər radionun işinin normal axarına təsir göstərib. Lakin Azərbaycan xidməti artıq 60 ildir ki efirdədir, artıq Azərbaycandakı dinləyicilərinə xidmət göstərir və mən tam əminliklə bildirirəm ki, bu, davam edəcək.

Kənan Kazımoğlu radionun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini qeyd edib: “Bizim hal-hazırda ən böyük tələbimiz Azərbaycandakı əməkdaşlarımızın, Bakıdakı əməkdaşlarımızın təhlükəsizliyinə təminatdır. Çünki biz onların böyük təhlükədə olduğunu hiss edirik, onlara təzyiq var, onlara qarşı xof yaradılır. Müxtəlif istintaqlara çağırılmaqla onlara təzyiq edilir.

Kənan Kazımoğlu radionun əməkdaşlarının çoxunun Azərbaycan vətəndaşı olduğunu deyərək, Azərbaycan hökumətini onların təhlükəsizliyini təmin etməyə çağırıb: “Onların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan hökumətinin bilavasitə vəzifəsidir. Eyni zamanda, biz beynəlxalq ictimaiyyətə müraciət etmişik ki Azərbaycandakı jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atsınlar. Diplomatik və siyasi addımlar atsınlar. Bu istiqamətdə işlər davam etdiririk. Bizdə olan məlumatlara görə bəzi təmaslar olub və biz ümid edirik ki, bu yaranmış vəziyyətin müəyyən mənada sakitləməsinə gətirib çıxaracaq. Əməkdaşlarımızın təhlükəsizliyi bizim üçün ən mühüm məsələdir.”

502 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kənan Kazımoğlu: Azadlıq Radiosu fəaliyyətini davam etdirəcək

03 Ocak 2015

By
@
backtotop