ADİHİ rəhbəri: “İlin sonuna kimi əfv fərmanının imzalanacağına ümidlərimiz var”

2014-cü il Azərbaycanda insan haqları üçün xeyli gərgin keçdi. Yanvar ayından başlayaraq, tanınmış jurnalist, vəkil və ictimai-siyasi fəalların həbsi Azərbaycan ilə beynəlxalq təşkilatlar arasında gərginliyi xeyli artırdı.

Azərbaycan hökuməti bu gərginliyi azaltmaq məqsədilə zaman-zaman təşəbbüslərlə çıxış etdi və humanist addımlar atdı. Ölkə başçısı İlham Əliyev əfv fərmanları imzalayaraq, yüzlərlə məhbusu ailələrinə qovuşdurdu.

2014-cü ilin sonu yaxınlaşdıqca növbəti əfvin imzalanacağı barədə gözləntilər də artmaqdadır. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ilin sonuna kimi ölkə başçısı İlham Əliyevin növbəti dəfə humanizm prinsiplərinə sadiq qalaraq, əfv fərmanı imzalayacağına əmindir: “Düşünürəm ki, 2015-ci il Azərbaycan üçün yadda qalacaq bir ildir. Həm Birinci Avropa Oyunlarının Azərbaycanda təşkil olunması, həm də növbəti Parlament seçkilərinin keçirilməsi bütün dünyanın diqqətini Azərbaycana yönəldəcək. Odur ki, əfv fərmanı imzalayaraq, Azərbaycan ilə Qərb ölkələri arasındakı buzları əritmək mümkündür. ADİHİ olaraq, ilin sonuna kimi növbəti əfv fərmanının imzalanacağına ümidlərimiz var”.

289 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri: “İlin sonuna kimi əfv fərmanının imzalanacağına ümidlərimiz var”

22 Aralık 2014

By
@
backtotop