İslam Partiyası dövlət başçısına müraciət edib

İslam Partiyası (AİP) həbsdə olan islamçıların azad edilmələri üçün dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə islam dininin insanpərvər keyfiyyətləri barədə danışılır. Müstəqillik qazanıldıqdan sonra məscidlərin təyinatı üzrə dindarların istifadəsinə verilməsi, yeni məscidlərin tikilməsi, dindarların ibadətlərinə maneələrin olmaması müsbət hal kimi dəyərləndirilir.

Eyni zamanda bəzən dindarların həbsləri, bəzi dini atributlara qadağalar kimi mənfi halların olması vurğulanır. Bütün bu mənfiliklər “ateist sovet rejiminin müasir dövrdə təzahürü” sayılır.

Sənəddə AİP sədri Mövsüm Səmədov, Fəramiz Abbasov, Abgül Süleymanov, Tale Bağırov, Elşən Mustafayev kimi din ailmlərinin həbsi dinin düzgün təbliğinə zərbə hesab edilir. Dindarların həbsxanalarda ağır şəraitdə saxlanmaları, vəkillərilə görüşlərinə qanunsuz məhdudlaşdırmaların olması, ailələrilə mütəmadi görüşə bilməmələri, səhhətlərində olan problemlərə əhəmiyyət verilməməsi xatırladılır.

Sənəd müəllifləri bütün bu mənfi halların dövlət başçısı tərəfindən nəzarətə götürülərək aradan qaldırılacağına, günahsız insanların həbsdən yaxalarını qurtararaq ailələrinə qovuşa biləcəklərinə ümid etdiklərini nəzərə çatdırırlar.

414 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İslam Partiyası dövlət başçısına müraciət edib

22 Aralık 2014

By
@
backtotop