Etyen Mahçupyan: “Ermənilərin Ankaraya təzyiqləri nəticə verməyəcək”

Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyan ölkənin Ermənistanla sərhədinin açılması üçün şərtləri açıqlayıb.

“Türkiyə və Ermənistan arasında sərhədlər Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan münasibətlərinin paket nizamlanması halında mümkündür”, – RİA-Novosti Mahçupyanın sözlərindən sitat gətirib.

“2015-ci il 24 aprel çox rəmzi tarixdir və onun yaxınlaşması erməni mühitində bu məsələ ilə bağlı radikalizmi artırır. Onlar buna ən kompromissiz mövqelərlə yanaşırlar”, – müşavir qeyd edib və özünün etnik erməni olduğunu bildirib.

Mahçupyan Türkiyənin erməni tərəfinin tələblərini qane edəcək  hər hansı addım atacağına inanmır.  “Erməni tərəfinin bu cür yanaşması ilə soyqırım və sərhədlərin açılmasl məsələsində Türkiyə tərəfindən hər hansı güzəşt mümkün deyil”, – Mahçupyan bildirib. Onun sözlərinə görə, əgər Türkiyə tərəfindən hər hansı addım atılarsa da bu, bir ildən sonra olacaq, “çünki o zaman ehtiraslar yatar”.

O xatırladıb ki, bu il ölkənin tarixində ilk dəfə olaraq Rəcəb Tayyip Ərdoğan bu məsələ ilə bağlı müraciət edib, başsağlığı verib və bu hadisələri iki xalqın ümumi ağrısı adlandırıb. “Bu, müəyyən həddir və Türkiyə tərəfi istənilən halda  bundan aşağı enməyəcək”.

Hazırda Türkiyə və Ermenistan  arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında 330 km.-lik sərhəd 1993-cü ildə bağlanıb. Bu, erməni qüvvələrinin Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərinin xeyli hissəsini işğal etməsindən sonra baş verib.

228 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Etyen Mahçupyan: “Ermənilərin Ankaraya təzyiqləri nəticə verməyəcək”

14 Aralık 2014

By
@
backtotop