ABŞ səfirliyi: Biz Azərbaycanın dostuyuq

ABŞ-ın Bakıdakı səfirliyi bəyanat yayıb. Sənəddə deyilir ki, Amerika həmişə Azərbaycanın suverenliyinin fəal tərəfdarlarından biri olub.

“Biz Azərbaycanın suverenliyi bərpa olunduğu andan etibarən bir çox yollarla bu dəstəyi nümayiş etdirmişik və tərəfdaşlığımızın inkişafı üzrə öhdəliklərimizə sadiqik.

İnanırıq ki, demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik Azərbaycanın təhlükəsiz gələcəyi üçün əsas aspektlərdir.

Biz hər üç sahədə əməkdaşlıq təklif etməyə davam edəcəyik və bu istiqamətdə müsbət addımları alqışlayacağıq.

Ümid edirik ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət edəcək və bu istiqamətdə uğur nümayiş etdirmə üçün böyük potensialından istifadə edəcək”, deyə bəyanatda qeyd edilir.

Bu bəyanatın məhz nə ilə əlaqədar verildiyi bildirilmir. Lakin bunun Azərbaycan rəsmilərinin ABŞ-ın Azərbaycanda sabitliyi pozmaq məqsədilə ölkənin vətəndaş cəmiyyətini maliyyələşdirdiyi haqqında ittihamlara reaksiya olduğunu ehtimal etmək olar.

298 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ səfirliyi: Biz Azərbaycanın dostuyuq

10 Aralık 2014

By
@
backtotop