10 Dekabr – İnsan Haqları Günü ilə bağlı ADİHİ-nin Bəyanatı

10 Dekabr – İnsan Haqları Günü bütün dünyada qeyd olunur. Bu qərar 1948-ci ilin 10 Dekabr günündə BMT Baş Assambleyasının qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsi ilə bağlıdır.

Ümumdünya İnsan Haqları Bəyannaməsi hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir. Ümümbəşərilik o deməkdir ki, bu hüquqlar hər kəsə şamil olunur və fərdin heç bir hərəkəti və heç bir səbəblə ondan alına bilməz.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, bəyan edirik ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası olaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması baxımından mükəmməl bir sənəddir. Məhz bu sənədin 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Azərbaycan dövləti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

20 ildir qüvvədə olmasına və dövlətin bu sahədə ciddi addımlar atmasına baxmayaraq, bugün Azərbaycan Respublikasında insanların bir sıra sahələrdə hüquqlarının tam və ya qismən təmin olunmadığının şahidi oluruq.

ADİHİ olaraq, bütün insanların bərabərlik hüququnun, insanların mülkiyyət və yaşamaq hüququnun, mənzil toxunulmazlığı hüququnun, əmək hüququnun, sosial təminat hüququnun, sağlamlığın qorunması hüququnun, fikir və söz azadlığının, azad sahibkarlıq hüququnun, təqsirsizlik prezumpsiyasının, şərəf və ləyaqətin müdafiəsi hüququnun və Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təmin olunması istiqamətində Azərbaycan dövlətinin və hökumətinin daha ciddi addımlar atmasını istəyir və Azərbaycanda qanunun aliliyinin qorunub saxlanılmasına çağırırıq.

Humanizm prinsiplərindən çıxış edərək, Azərbaycan Respublikasında həyata keçirilən əfv və amnistiya aktlarını alqışlayır və Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini davam etdirməsini, tanınmış ictimai-siyasi şəxslərin, habelə QHT nümayəndələri, jurnalist və gənc fəalların işinə yenidən baxılmasına və onlara kəsilən məhkəmə hökmlərinin daha yumşaq cəzalarla əvəzlənməsini arzulayırıq.

ADİHİ olaraq, Azərbaycan dövlətinin hüquqi əsaslarla idarə olunduğuna inanır və hər zaman insan və vətəndaş hüquq və azadlıqlarına hörmətlə yanaşacağına ümid edirik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu
10 Dekabr 2014-cü il, Bakı şəhəri, Azərbaycan Respublikası
www.tidhr.org

261 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

10 Dekabr – İnsan Haqları Günü ilə bağlı ADİHİ-nin Bəyanatı

10 Aralık 2014

By
@
backtotop