ADİHİ rəhbəri Çexiyanın “People In Need” təşkilatının təsisçisinə açıq məktub ünvanladı – Mətn

Əhməd Şahidov çexiyalı həmkarı cənab Simon Panekdən ermənipərəst olub-olmamasına aydınlıq gətirməsini istədi

Noyabrın 28-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov  Çexiyanın “People In Need” təşkilatının təsisçisi və icraçı direktoru cənab Simon Panekə açıq məktub yazıb. ADİHİ-nin rəsmi saytında yerləşdirilən və üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırlanmış açıq məktub eyni zamanda “People In Need” təşkilatının internet saytına, elektron poçtuna, Praqa şəhərində yerləşən ofisinə və rəsmi Facebook səhifəsinə də göndərilib.

ADİHİ rəhbəri Əhməd Şahidov çexiyalı həmkarına göndərdiyi məktubda “People In Need” təşkilatının nizamnamə və məramnaməsini xatırladıb, təşkilatın öz qarşısına qoyduğu bəşəri prinsiplərə sadiqliyini və “People In Need” rəhbərliyinin ermənipərəst olub-olmadığını müəyyənləşdirmək üçün 10 sadə sual verib. Sözügedən məktubla bağlı fikirlərini bölüşən ADİHİ rəhbəri 10 Dekabr – Beynəlxalq İnsan Haqları Gününə qədər “People In Need” təşkilatından cavab alacaqlarına ümid edir: “Biz əslində bu məktubu göndərməklə Çexiyanın nüfuzlu “People In Need” təşkilatının öz dəyərlərinə sadiqliyini açıq şəkildə nümayiş etdirməsinə imkan yaratmış oluruq. Eyni zamanda Azərbaycan cəmiyyətində bu təşkilat haqqında birmənalı olmayan fikirlərə birdəfəlik son qoymaq istəyirik. Bu, cənab Simon Panek üçün tarixi bir şansdır. Buyursun, göstərsin ki, rəhbərlik etdiyi təşkilat öz fəaliyyətində milli, irqi, cinsi, siyasi və sosial ayrı-seçkiliyə qətiyyən yol vermir. Sübut etsin ki, münaqişə şəraitində olan tərəflərə eyni qaydada münasibət bəsləyir. Bir hüquq müdafiə təşkilatı kimi qanunun aliliyini, beynəlxalq hüquq normalarını yüksəkdə tutduqlarını bəyan etsinlər və Azərbaycan cəmiyyətində dolaşan söz-söhbətlərə birdəfəlik son qoysunlar. Sadəcə 10 suala cavab və bütün söhbətlərə nöqtə qoyulacaq! Biz də bunu istəyirik.”

ADİHİ rəhbəri Əhməd Şahidovun Çexiyanın “People In Need” təşkilatının təsisçisi Simon Panekə ünvanladığı açıq məktub – Yüklə

Открытое письмо главы ИДПЧА Ахмеда Шахидова основателью чешской организации “People In Need” Симону Панеку – Скачай

Open letter from Ahmad Shahidov, chief of AIDHR to Šimon Pánek, founder of “People In Need” organization based in Czech Republic – Download

http://tidhr.org/files/pin_az.pdf

296 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Çexiyanın “People In Need” təşkilatının təsisçisinə açıq məktub ünvanladı – Mətn

28 Kasım 2014

By
@
backtotop