Əvəz Zeynallının həyat yoldaşı: O, əməliyyat olunmalıdır

“Xural” qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallının ərinin səhhətinin pisləşdiyi haqqında bəyanatından sonra Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məsələni nəzarəti altına götürüb.

10 saylı cəzaçəkmə müəssisəsinin tibbi hissəsində Ə.Zeynallı müayinə olunduqdan sonra onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi məqsədəuyğun hesab edilib, lakin o, bundan imtina edib, deyə redaktorun həyat yoldaşı bildirib.

Ə.Zeynallını Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsini otolarinqoloqu Rafiq Kazımov da müayinə edib. Dərman qəbul etməsinin zəruri olduğunu qeyd edən həkim müvafiq rəy hazırlayacağını bildirib.

Ümumi nəticə belədir ki, Ə.Zeynallının burun çəpərindən əməliyyata ehtiyacı var.

Həyat yoldaşı hesab edir ki, belə bir əməliyyat yalnız xarici ölkələrdən birində keçirilə bilər, lakin Zeynallı həbsdə olduğu üçün bu, mümkün deyil.

306 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Əvəz Zeynallının həyat yoldaşı: O, əməliyyat olunmalıdır

27 Kasım 2014

By
@
backtotop