İşçi qrupunun nümayəndələri Baş Prokurorluğu İntiqam Əliyevi azad etməyə çağırıblar

İnsan haqları üzrə birgə İşçi qrupunda təmsil olunan QHT nümayəndələri Baş Prokurorluğa müraciət edərək hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasını və onun müalicəsi üçün şəraitin yaradılmasını xahiş ediblər.

Bu barədə Turan-a İşçi qrupunun üzvü, Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, İ.Əliyevin səhhətində ciddi problemlər var və təcili tədbirlər görülməlidir.

Hüquq müdafiəçiləri Leyla Yunusun da səhhətinin ağır olması ilə bağlı müraciət qəbul etmək niyyətindədir.

“Leyla Yunusun da vəziyyəti ağırdır, onun xaricə müalicəyə göndərilməsi üçün təcili tədbirlər görülməlidir”, – N.Cəfəroğlu bildirib.

Bununla yanaşı İşçi qrupu digər xəstə məhbuslara dair material toplayır və arayış hazırlayır. O ümidvar olduğunu bildirib ki, ilin sonunadək işin real nəticələri olacaq.

*Hakimiyyət və QHT nümayəndəlrinin iştirak etdiyi insan haqları üzrə birgə İşçi qrupu bir ay öncə AŞ baş katibi Turbörn Yaqlandın təşəbbüsü ilə yenidən  yaradılıb.

325 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İşçi qrupunun nümayəndələri Baş Prokurorluğu İntiqam Əliyevi azad etməyə çağırıblar

27 Kasım 2014

By
@
backtotop