Allahşükür Paşazadə: “İslami həmrəylik terrora qarşı təsirli vasitədir”

İranda “Ekstremist və təkfirçi cərəyanlar islam alimlərinin baxışlarında” konfransına  qatılan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allaşhşükür Paşazadə bazar ertəsi konfransda çıxış edib.

QMİ sədri müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələri tərəfindən islam daxilində qarşıdurma yaradıldığını nəzərə çatdırıb. “Allahu Əkbər” nidası ilə müsəlmanların başının kəsildiyi, qoca, qadın və uşaqlara belə rəhm olunmadığını vurğulayıb. A.Paşazadə belə amansızlığı bəşəriyyətin   təhlükə önündə olması kimi dəyərləndirib. “İslamın həm xarici, həm də daxili düşmənləri belə addımlarla islami dəyərləri dünyanın gözündən salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər”, – o vurğulayıb.

QMİ sədri neçə 10 illərdir Azərbaycanın erməni terroruna məruz qalan xalq kimi İraqda, Suriyada qətliamlara, İŞİD rəzalətinə laqeyd qalmadığını, bu terror aktlarını birmənalı  pislədiyini nəzərə çatdırıb. “Biz ekstremizmə, terrora, təkfirçiliyə qarşı mübarizədə islam həmrəyliyini təsirli vasitələrdən biri sayırıq”, – QMİ sədri çıxış yolu göstərib.

303 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Allahşükür Paşazadə: “İslami həmrəylik terrora qarşı təsirli vasitədir”

24 Kasım 2014

By
@
backtotop