ADİHİ rəhbəri ATƏT Nazirlər Şurasının 21-ci iclasında iştirak edəcək

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu ATƏT Nazirlər Şurasında akkreditasiya hüququ qazanıb

4-5 Dekabr tarixlərində İsveçrənin Bazel şəhərində ATƏT Nazirlər Şurasının 21-ci iclası keçiriləcək. İldə bir dəfə keçirilən bu nüfuzlu beynəlxalq tədbirdə ATƏT üzvü olan ölkələrin xarici işlər nazirləri, habelə dövlət və hökumət rəsmiləri iştirak edirlər. 1991-ci ildən bəri keçirilən ənənəvi toplantı ATƏT üzvü olan ölkələrdə baş verən hadisələrin müzakirəsi və gələcəklə bağlı qərarların qəbul edilməsi məqsədi daşıyır.

Bazel şəhərində keçiriləcək bu dəfəki toplantıda ATƏT ölkələrində baş verən hadisələr, xüsusən də ölkələrin ərazi bütövlüyü və terrorla mübarizə məsələləri ciddi müzakirə olunacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak edəcəyi bu toplantıya qatılacaq Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov rəhbərlik etdiyi təşkilatın ATƏT İsveçrə Sədrliyi tərəfindən həmin tədbirə akkreditasiya olunduğunu bildirib: “ADİHİ Bazel şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasında müşahidəçi qismində iştirak hüququ qazanıb. Müraciətimizə müsbət cavab verən ATƏT İsçevrə Sədrliyi təşkilatımızın akkreditasiyasını qeydə alıb. Odur ki, mən İsçevrədə keçiriləcək bu tədbirdə iştirak etmək üçün ayın axırı İsveçrəyə yola düşəcəm.”

ATƏT Nazirlər Şurasının bu dəfəki toplantısında ölkələrin ərazi bütövlüyünün və terrorla mübarizə məsələlərinin prioritet olacağını vurğulayan ADİHİ rəhbəri Dağlıq Qarabağ konfliktinin də müzakirə olunacağını istisna etməyib: “Bu dəfəki müzakirələrdə əsasən Ukraynanın timsalında ölkələrin ərazi bütövlüyü və terrorla mübarizə məsələləri daha çox diqqətdə olacaq. Azərbaycan da bu problemdən əziyyət çəkən ölkə kimi bu məsələdə təşəbbüs göstərməli və Dağlıq Qarabağ konfliktini bir daha gündəmə çıxarmalıdır. ATƏT Dağlıq Qarabağ konfliktinin həll olunmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş bir qurum kimi məsələyə hüquqi qiymət verməlidir. Düşünürəm ki, ATƏT Nazirlər Şurasının 21-ci toplantısı Azərbaycan üçün faydalı olacaq.”

281 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri ATƏT Nazirlər Şurasının 21-ci iclasında iştirak edəcək

22 Kasım 2014

By
@
backtotop