ATƏT-in Minsk Qrupunun həmsədrləri vertolyotun vurulduğu əraziyə humanitar girişi təmin etməyə çağırıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Ceyms Uorlik və Pyer Endryu noyabrın 12-də Azərbaycanın Silahlı Qüvvələri tərəfindən vurulan hərbi vertolyotun düşdüyü yerə humanitar girişin olmaması ilə bağlı narahatlığını bildiriblər.

Bu barədə həmsədrlərin birgə bəyantında deyilir.

“Biz tərəfləri vertolyotun qəzaya uğradığı ərazidə atəşi dayandırmağa, bu ərazini minalardan təmizləməyə çağırırıq”, – bəyanatda qeyd olunur.

Ermənistan, Azərbaycan və Rusiya prezidentilərinin 2010-cu il oktyabr  tarixli Həştərxan bəyannaməsi baxımından həmsədrlər Azərbaycanı cəsədlərə yaxınlaşma imkanlarını təmin etməyə, Ermənistanı isə humanitar vəziyyətin həlli üzrə səylərə tam yardım göstərməyə çağırırlar.

“Biz ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin bölgədə olmasını xatırladır, tərəfləri vertolyotun qəzaya uğradığı əraziyə girişi təmin etməyə çağırırıq.

Biz noyabrın 12-də etdiyimiz bəyanatı bir daha təsdiq edirik, tərəflərə münaqişənin sülh yolu ilə həll edilməsi üçün onların atəşkəsin qorunması barədə Soçidə, Nyuportda və Parisdə üzərlərinə götürdükləri məsuliyyəti xatırladırıq”, – bəyanatda deyilir.

288 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ATƏT-in Minsk Qrupunun həmsədrləri vertolyotun vurulduğu əraziyə humanitar girişi təmin etməyə çağırıblar

20 Kasım 2014

By
@
backtotop