Seymur Həzinin işi üzrə məhkəmə dinləmələri dekabrın 14-nə təyin edilib

Bu gün Abşeron Rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə hazırlıq iclası davam edib.

Noyabrın 11-də keçirilən iclasda müdafiə tərəfi hakim Şövkət Nəcəfovaya qarşı etirazla çıxış edib. Etiraz təmin olunmayıb.

Sonra müdafiə tərəfi sosial şəbəkələrdə S.Həzi və digər müttəhim Məhərrəm Həsənovun arasında yazışmanın olub-olmadığını müəyyən etmək üçün mütəxəssisin dəvət olunmasını xahiş edib.

Dövlət ittihamçısı bu vəsatəti dəstəkləsə də M.Həsənov və onun vəkili bunun əleyhinə olublar. Vəsatət baxılmamış saxlanılıb.

İşə mahiyyəti üzrə baxılması dekabrın 14-nə təyin edilib.

Xatırladaq ki, S.Həzi avqustun 29-da saxlanılıb. Ertəsi gün Baş Prokurorluq bildirib ki, S.Həzi Bakı sakini M.Həsənovu başından butılka ilə vurub. Jurnalistə qarşı CM-in 221.3 maddəsi (silah və ya silah kimi istifadə olunan əşyanın tətbiqilə xuliqanlıq törətmək) cinayət işi qaldırılıb. Sonradan M.Həsənov da saxlanılıb. Lakin bir neçə gündən sonra ev həbsi adı ilə buraxılıb və  sonra yenidən həbs olunub.

İnsidentə M.Həsənovun iradları səbəb olub. Belə ki,o, küçədə S.Həziyə yaxınlaşaraq nə üçün Facebook-da ona cavab vermədiyini soruşub. Bundan sonra jurnalistə hücum edərək onu yumruqlayıb. Özünü müdafiə edən S.Həzi ona cavab zərbəsi endirib.

S.Həzi və onun həmkarları əmindir ki, həbsin əsl səbəbi onun Azərbaycan hakimiyyətini sərt tənqid edən    “Azərbaycan saatı” İnternet proqramında iştirakıdır.

270 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Seymur Həzinin işi üzrə məhkəmə dinləmələri dekabrın 14-nə təyin edilib

20 Kasım 2014

By
@
backtotop