Azərbaycan “Mədən Sənayesində Şəffaflıq”dan narazılığını bildirib

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünü tərk etmək məsələsini nəzərdən keçirəcək. Bunu Təşəbbüs üzrə Hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib və EITI-nin saytında yerləşdirilib.

“Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünə (MHŞT) 2003-cü ildən qoşulub. Yaradıldığı vaxtda MHŞT mədən sənayesindən əldə edilən gəlirlər barədə şəffaflığın təmin edilməsi məqsədini daşıyırdı. Ölkədə prosesə rəhbərlik QHT Koalisiyasının da daxil olduğu MHŞT üzrə Çoxtərəfli Qrup tərəfindən həyata keçirilir. «Lakin son bir neçə ildir ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyəti səviyyəsində MHŞT-nin mandatının dəyişdirilməsinə cəhdlər başlanılıb. Təəssüflə qeyd edilməlidir ki, Təşəbbüs MHŞT-nin ilkin məqsədini unudaraq insan hüquqları və ya daha dəqiq desək QHT-lərin hüquqlarının qorunmasını təmin edən təşkilat təsəvvürü yaratmağa başlayıb. Son illər ərzində MHŞT barədə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlarda, nüfuzlu media orqanları tərəfindən dərc olunan məqalələrdə yalnız QHT-lərin mövqeyi əks etdirilib, şəffaflıq məsələləri kənarda qalıb, Təşəbbüsün əsas mandatı unudulub», deyə Mövsümov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hər hansı ölkə hüdudlarından kənar bir qurum qarşısında hesabat vermək, onun əsas mandatına uyğun olmayan tənqidlərini dinləmək üçün bu Təşəbbüsə qoşulmayıb. “Bununla bağlı təzyiqlərə Azərbaycan hökumətinin dözmək fikri yoxdur. Bütün bunları nəzərə alaraq Azərbaycan hökuməti MHŞT-ni tərk etmək məsələsini nəzərdən keçirəcək. Bütün digər MHŞT üzvü olan ölkələrə də narahatlığını çatdıracaq», .

Dövlət Neft Fondunun icraçı direktoru deyib ki, Azərbaycan MHŞT daxilində və ya ondan kənarda hər zaman olduğu kimi öz vətəndaşları üçün mədən hasilatından əldə etdiyi gəlirlər barədə şəffaflığın təmin edilməsi sahəsində fəaliyyətini davam etdirəcək.

302 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycan “Mədən Sənayesində Şəffaflıq”dan narazılığını bildirib

28 Ekim 2014

By
@
backtotop