İlham Əliyev Avropa Məhkəməsinin sədrini qəbul edib

Dövlət başçısı İlham Əliyev cümə günü Bakıya işgüzar səfərə gəlmiş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanı qəbul edib.

Avropa Məhkəməsinin sədri D.Şpilman görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini vurğulayıb. Müxtəlif ölkələrdən olan xeyli sayda hakimlərin konfransda iştirak etməsinə toxunan sədr tədbirin Avropa səviyyəsində əhəmiyyətini diqqətə çatdırıb.

İ.Əliyev cavab nitqində Strasburqa son səfərini xatırladıb. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq etdiyini deyib. Dövlət başçısı Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini nəzərə çatdırıb.

İ.Əliyev bu baxımdan “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsinə töhfəi verəcəyinə üimidvar olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

376 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlham Əliyev Avropa Məhkəməsinin sədrini qəbul edib

24 Ekim 2014

By
@
backtotop