“İnsan Haqları üzrə İşçi Qrupun yenidən təşkil olunması müsbət addımdır” – ADİHİ

Əhməd Şahidov: “Vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bərpa edilməsi təqdirəlayiq haldır”

Avqustun 12-də Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışandan sonra bəyanat yayıb bildirmişdi ki, İnsan Haqları üzrə İşçi Qrup yenidən təşkil ediləcək və bu quruma Avropa Şurasının nümayəndəsi də daxil olacaq. Oktyabrın 22-də həmin məsələ ilə bağlı Milli Məclisdə toplantı keçirilib və artıq İnsan Haqları üzrə İşçi Qrup 6 ildən sonra fəaliyyətini bərpa edib.

İşçi qrupa hökumət nümayəndələri və AŞPA rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin fəalları – hüquq müdafiəçiləri, QHT rəhbərləri və media nümayəndələri də daxil ediliblər. Yaxın günlərdə fəaliyyətə başlayacaq İşçi Qrupun gələcək fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov vətəndaş cəmiyyəti ilə hökumət nümayəndələri arasında istənilən dialoqu müsbət qarşıladığını bildirib: “Bu fotmatda dialoq hələ 2005-2008-ci illərdə fəaliyyət göstərib və birgə səylər nəticəsində 200-ə yaxın məhbus əfv edilərək, azadlığa çıxıb. Sonradan kənar müdaxilələr nəticəsində danışıqlar qeyri-müəyyən vaxta donduruldu.”

Sentyabr ayında Strasburqa səfəri zamanı AŞPA-nın Siyasi Komitəsinin rəhbəri cənab Aleksandr Quessel ilə görüşdüyünü və bu haqda müzakirələr apardığını xatırladan ADİHİ rəhbəri Əhməd Şahidov həmin görüşdə artıq Avropa Şurasının baş katibi Torbörn Yaqland və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığının olmasından xəbərdar olduğunu bildirdi: “Həmin görüşdə cənab Aleksandr Quessel bu barədə telefon danışığının olduğunu və tezliklə İşçi Qrupun fəaliyyətini bərpa edəcəyini bildirmişdi. Bu qərarın zamanında verilmiş olduğunu bildirdim və ADİHİ olaraq, həmin İşçi Qrupun fəaliyyətində yaxından iştirak edə biləcəyimizi AŞPA rəsmisinə çatdırdım. Düşünürəm ki, İşçi Qrupun fəaliyyəti nəticəsində tezliklə müsbət nəticələrin şahidi olacayıq.”

268 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

“İnsan Haqları üzrə İşçi Qrupun yenidən təşkil olunması müsbət addımdır” – ADİHİ

23 Ekim 2014

By
@
backtotop