Malala Yusufay – Nobel mükafatının laureatı

2014-cü il Nobel sülh mükafatının laureatı Pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay və uşaqların hüquqları uğrunda mübarizə aparan Hindistanlı Kaylaş Satyarti olub.

2009-cu ilin əvvəllərində 11 yaşında ikən BBC üçün bloq yazmağa başladıqdan sonra Pakistanlı Malala Yusufzayın adı dünyada məşhurlaşıb. O, bloqda talib rejiminin idarəetməsi dövründə öz həyatı və qızlar üçün təhsilin inkişafını baxışları haqqında ətraflı danışırdı.

9 oktyabr 2012-ci ildə Yusufzay Tehrik-i-Taliban Pakistan terror hərəkatının döyüşçüləri tərəfindən ağır yaralanıb. Onlar evə qayıdan məktəblilərin olduğu avtobusu saxlayaraq, Malalanın kim olduğunu öyrəniblər, daha sonra banditlərdən biri qıza atəş açıb. Güllə başından keçib, məktəbli komaya düşüb, onun sağalması şansı çox az idi, lakin həkimlər onun həyatnı xilas etməyə müvəffəq olub.

2013-cü ildə Malala Yusufzay Anna Politkovskaya adına mükafatı və Saxarov adına mükafatı alıb. 16 yaşı tamam olan gün, 2014-cü il iyulun 12-də Malala Yusufzay BMT-nin Nyu-Yorkdakı qərargah-mənzilində çıxış edib.

279 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Malala Yusufay – Nobel mükafatının laureatı

11 Ekim 2014

By
@
backtotop