ADİHİ rəhbəri ATƏT-in Varşava toplantısında etnik azlıqların hüquqlarından danışıb – VİDEO

Əhməd Şahidov Azərbaycanda 120 min erməninin, Ermənistanda isə cəmi 30 nəfər azərbaycanlının yaşadığını bildirib

Sentyabrın 29-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən “İnsani Dəyərlərin Tətbiqi Müşavirəsi”nin növbəti tədbiri keçirilib. Etnik azlıqların hüquqlarına həsr olunmuş bu dəfəki toplantıda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov da məruzə ilə çıxış edib.

Cənubi Qafqaz regionunda yaşayan milli azlıqlar barədə danışan ADİHİ rəhbəri Azərbaycanda ləzgi, avar, gürcü, tat, talış, rus, ingiloy, erməni və digər etnik azlıqların sərbəst şəkildə yaşadığını bildirib. Rəsmi statistikaya görə, 120 min erməninin Azərbaycanda məskunlaşdığını qeyd edən Əhməd Şahidov onların yalnız 30 min nəfərinin Bakı və digər regionlarda yaşadığını, 90 min nəfərin isə işğal altında olan Dağlıq Qarabağ ərazisində məskunlaşdığını vurğulayıb.

İştirakçıların marağına səbəb olan bu göstəricilərin davamı olaraq, ADİHİ rəhbəri Əhməd Şahidov Ermənistanda əhalinin 98,5 faizinin etnik erməni olduğunu, digər millətlərin müxtəlif təzyiqlər nəticəsində Ermənistanı tərk etdiklərini bildirib. Çıxışı zamanı BMT-nin rəsmi statistikasına istinad edən ADİHİ rəhbəri hazırda Ermənistanda cəmi 30 nəfər azərbaycanlının yaşadığını da qeyd edib və bunu Ermənistanın tolerantlıq nümunəsi kimi səciyyələndirib.

etnik_azliqlar etnik_azliqlar1 etnik_azliqlar3 etnik_azliqlar4 etnik_azliqlar6 etnik_azliqlar7

299 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri ATƏT-in Varşava toplantısında etnik azlıqların hüquqlarından danışıb – VİDEO

29 Eylül 2014

By
@
backtotop