ADİHİ rəhbəri Litva Parlamentində görüşlər keçirib

Əhməd Şahidov Litva Seyminin İnsan Haqları Komitəsinin rəhbəri cənab Leonard Talmont ilə görüşüb

Sentyabrın 26-da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Litvanın paytaxtı Vilnius şəhərində bu ölkənin parlamenti olan Seymdə olub. Seymin İnsan Haqları Komitəsinin rəhbəri cənab Leonard Talmont ilə görüşən ADİHİ rəhbəri Litva Parlamentinin fəaliyyəti ilə tanış olub, İnsan Haqları Komitəsinin hazırladığı qanun layihələri barədə məlumatlandırılıb.

Rəhbərlik etdiyi qurum barədə danışan Əhməd Şahidov Litvada yaşayan etnik azlıqlar və vətəndaşlığı olmayan şəxslərin hüquqları barədə maraqlanmış və Litva dövlətinin həmin şəxslərin hüquqları ilə bağlı atdığı addımlar haqqında soruşub. ADİHİ rəhbərinin suallarını cavablandıran cənab Leonard Talmont Litva Respublikasının qanunvericiliyində bütün insan və vətəndaş hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirib və özünün də milliyyətcə polyak olduğunu xüsusi vurğulayıb.

Görüş zamanı ADİHİ ilə Litva Parlamenti arasında əməkdaşlıq məsələləri müzakirə olunub və təcrübə mübadiləsi haqqında razılığa gəlinib.

sejm sejm1 sejm2

303 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Litva Parlamentində görüşlər keçirib

26 Eylül 2014

By
@
backtotop