ADİHİ rəhbəri Avstriya Parlamentində görüş keçirib

Əhməd Şahidov Avstriya Parlamentinin Türk mənşəli deputatı xanım Alev Korun ilə görüşüb

Sentyabrın 17-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avstriya Parlamentini ziyarət edib. Parlamentin Yaşıllar Qrupunun insan haqları üzrə sözçüzü, millət vəkili xanım Alev Korun ilə görüşən Əhməd Şahidov rəhbərlik etdiyi qurum barədə ətraflı məlumat verib və Azərbaycanda insan haqlarının durumu barədə danışıb.

ADİHİ rəhbərini Vyanada salamlamaqdan məmnunluğunu ifadə edən xanım Alev Korun Azərbaycanın ona doğma bir ölkə olduğunu bildirib və özünün də Türk əsilli olduğunu xüsusilə vurğulayıb. Avstriya Parlamentinin insan haqları və fundamental azadlıqlar məsələlərinə çox həssas yanaşdığını diqqətə çatdıran Avstriyalı parlamentari ADİHİ-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib və təmsil etdiyi siyasi partiyanın ADİHİ ilə əlaqələr qurmasında maraqlı olduğunu söyləyib.

Avstriya Parlamentində bir Türk xanımın təmsil olunmasını böyük sevinc hissi ilə qarşılayan ADİHİ rəhbəri Avstriyanın təkcə Avropada deyil, bütün dünyada insan haqlarının müdafiəçisi qismində çıxış etdiyini vurğulayıb. Görüş zamanı Əhməd Şahidov ADİHİ-nin gələcək planları barədə xanım Alev Koruna ətraflı məlumat verib.

3 4 5 6 7

303 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ADİHİ rəhbəri Avstriya Parlamentində görüş keçirib

17 Eylül 2014

By
@
backtotop