Təcridxana əməkdaşları İntiqam Əliyevin vəkili ilə yazışmasına müdaxilə edirlər

Sentyabrın 6-da vəkil  Anar Qasımlı Bakı İstintaq Təcridxanasında saxlanılan vicdan məhbusu  İntiqam Əliyevlə görüşüb. Hüquq müdafiəcisinin ailəsindən Turana bildiriblər ki, İstintaq Təcridxanasın  əməkdaşları yenidən İntiqam Əliyevin   vəkilinə təqdim etmək üçün hazirladığı yazışmaları  senzuraya məruz qoyublar. İntiqam Əliyevin Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının rəhbərinə ünvanladığı müraciətin onun vəkilinə təqdim olunmasına icazə  verilməyib. Müraciətdə Təcridxanada məhbusların yazışmalarına, o cümlədən onlara daxil olan dəstək məktublarına, sənədlərə, ədəbiyyata qoyulan qanunsuz məhdudiyyət, təqsirləndirilən şəxslərin istintaq otağında görüşlər zamanı vəkillər və digər məhbuslarla ən adi ünsiyyətinin (salamlaşma, hal-əhval tutma) qarşısının kobudluqla alınması, kameralardakı şərait (24 saat ərzində işığın yanılı surətdə olması, məhbusların təcridxananın ərzaq köşklərindən aldıqları, o cümlədən evdən onlara gələn ərzağın saxlanması və onların normal qida üçün yararlı vəziyyətə gətirilməsi üçün zəruri avadanlıqlarla (soyuducu, qızdırıcı)  təmin olunmaması, Təcrixananın qəbul otağında dustaqlara yemək gətirən insanlarla qeyri – etik davranış, onlara qanunsuz tələblərin irəli sürülməsi, prokurorluğun əməkdaşlarından fərqli olaraq, dustaqlarla görüşə gələn vəkillərin daha ciddi yoxlamalara məruz qalmaları, onlardan müdafiə etdikləri şəxslərlə bağlı sənədlərin olduğu flaş-disklərin alınması və s. pozuntularla bağlıdır.

Müraciətin həm İntiqam Əliyev, həm də vəkilləri tərəfindən imzalanması və ünvanlarına təqdim olunması nəzərdə tutulurdu. İstintaq otağında nəzarəti həyata keçirən əməkdaşlar müraciətin mətni ilə tanış olduqdan sonra orada İstintaq Təcridxanası ilə məsələlər olduğu üçün onu mütləq rəhbərliyə göstərməli olduqlarını  bildiriblər. İ.Əliyevin və vəkilinin təqsirləndirilən şəxslərin vəkili ilə yazışmalarına, o cümlədən şikayət, ərizə və müraciətlərinin senzuradan keçirilməsinə qanunvericiliyin qadağan etməsi ilə bağlı  etirazlarına baxmayaraq sənəd onun məzmunu ilə “ rəisin tanış  olması üçün ” aparılıb. Sonra  İ.Əliyev bildirilib ki,“rəis” sənədin  vəkilə təqdim olunmasına icazə verməyib və bildirib ki, onu yalniz İ.Əliyev  özü təcridxana vasitəsilə göndərə bilər. Bu cür qanunsuz qərarı verən rəisin kimliyi ilə bağlı suala əməkdaşlar cavab verməkdən imtina ediblər. İntiqam Əliyevin və vəkili A.Qasımlının təkidli tələblərindən sonra təcridxananın rəis müavini İ.Əliyevi qəbul edib.

Ona bildirilib ki, bu cür şikayətlər yalnız  təcridxana vasitəsilə göndərilə bilər, onların vəkilə təqdim olunması və ya vəkillə birlikdə şikayətin göndərilməsinə qanunla yol verilmir.

Hüquqşünaslar bu yanaşmanı qanunsuz sayırlar.

A.Qasımlı baş verənləri həm İ.Əliyevin hüquqlarının, həm də özünün müdafiə hüququnun pozuntusu kimi qiymətləndirir.  “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun  17.3-cü maddəsinə görə, tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər.

Həmin Qanunun 18-ci maddəsində deyilir ki, tutulmuş və ya həbs edilmiş şəxslərin müstəntiqə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, məhkəməyə, həbs yerinin fəaliyyətinə nəzarəti həyata keçirən orqanlara, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan aidiyyəti üzrə göndərilir. Bu təkliflər, ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir. Tutulmuş və ya həbs edilmiş şəxslər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Belə təqiblərə yol vermiş şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İ.Əliyev özü isə baş verənlərlə bağlı bunları bildirib:

Təəssüf ki, sərt senzura şəraitində və ölkədə baş verənlərə, o cümlədən, həm özümün, həm də əqidə dostlarımın həbsi ətrafında münasibət bildirmək çətin olur.

Son illər baş verən həbslərin arxasında Azərbaycanı feodal qaydaları ilə idarə olunan ölkəyə çevirmək cəhdi dayanır. Bu həbslər toplumu qorxutmamalıdır. Onlara həm də mübarizənin bir üsulu kimi baxmaq lazımdır.Leylanın, Anarın, Rəsulun, Bəşirin, Zaurun, Rəşadın, Rəşadətin, Üzeyirin, İlkinin, Ömərin, Məmmədin, Seymurun və digər məhbusların bir- birləri ilə nəinki salamlaşmalarının, hal-əhval tutmalarının, hətta bir-birilərini belə görmələrinin qarşısının alınması qorxunun göstəricisidir. Həbslərlə toplumun gözünün qorxutmağın mümkünlüyünə ümid edənlər yanılırlar. Ola bilər ki, toplumda müəyyən  çaşqınlıq yaratsın, amma ram etmək mümkünsüzdür.

“Azadlıqda olanda dostların məhkəmə proseslərinə gedəndə onların üzünə baxmaq çox çətin olurdu. Ölkənin ən dəyərli insanlarının günahsız olduqları halda həbsdə qalmaları, onların azadlıq haqqını təmin etməkdə gücsüzlüyünü dərk etmək ağır hissdir. Sonuncu dəfə dəyərli dostum Qurban Məmmədovun məhkəməsində bu hissi keçirmişdir. Növbəti qanunsuz hökmdən sonra məhkəmə zalını tərk edəndə o sual dolu baxışları heç zaman yaddan çıxarmaram.

İndi rahatam. Həbsdəyəm, dostlarımla bir yerdəyəm. İndi onları görəndə gözlərinin içinə düz baxa bilirəm. İndi onlara nəsə deməkdə az-çox haqqım olduğunu düşünürəm.

Dostlar, sizləri sevirəm, sizlərlə qürur duyuram. Qarşıda gözəl günlər gözləyir bizi”, – deyə İntiqam Əliyev bildirib.

Hələlik Penitensiar xidmətdən bu məlumatla bağlı şərh almaq mümkün olmayıb.

329 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Təcridxana əməkdaşları İntiqam Əliyevin vəkili ilə yazışmasına müdaxilə edirlər

09 Eylül 2014

By
@
backtotop