ABŞ vətəndaşı Bakıdan buraxılmır

Bu gün səhər ABŞ vətəndaş Səid Nurinin Bakıdan bu ölkəyə getməsinə qadağa qoyulub.

“Sərhəd nəzarətindən keçərkən mənə bildirdilər ki, Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi ölkədən çıxışıma qadağa qoyub”, – Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı, bir neçə il əvvəl ABŞ-da vətəndaşlıq almış Səid Nuri Turan-a bildirib.

Öz növbəsində Milli Təhlükəsizlik Nazirliyindən Turan-a bununla bağlı  məlumatın  olmadığını bildiriblər.

 Baş Prokurorluqdakı mənbə isə   S. Nurinin  ölkədən  çıxışına qadağa qoyulması ilə bağlı faktı təsdiqləyib. Lakin səbəblərini açıqlamayıb.

Qeyri-rəsmi məlumatlara görə, bu, hansısa cinayət işilə bağlıdır.

“Aeroportda mənə dedilər ki, əgər ölkədən çıxışa qadağa qoyulubsa deməli, həmin şəxsin barəsində cinyət işi var”, -S.Nuri qeyd edib.

Qeyd edək ki, S.Nuri Bakıya Azərbaycanın Vaşinqtondakı səfirliyinin verdiyi viza ilə gəlib. O, xəstə atasına baş çəkmək üçün gəlib. Vizanın müddəti sentyabrn 21-nə qədərdir.

Cümə axşamı səhər S.Nuri ABŞ-ın Bakıdakı səfirliyinə müraciət edərək kömək istəyib. Səfirlikdən bildirilib ki, hakimiyyətə sorgu göndərilib və cavab gözlənilir.

Xatırladaq ki, vaxtilə S.Nuri müxalifətdə olan “Yeni Fikir” gənclər təşkilatı sədrinin müavini olub. 2005-ci ildə hakimiyyətin zorla ələ keçirliməsi ittihamı 3 il şərti olaraq azadlıqdan məhrum edilib. Sonralar ölkəni tərk edib. ABŞ-da siyasi sığınacaq, sonra isə vətəndaşlıq alıb. Hazırda Amerika ordusunun mülki qulluqçusudur.

O zaman “Yeni Fikir” hərəkatının lideri Ruslan Bəşirli 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Azərbaycanda hakimiyyəti ələ keçirmək məqsədilə Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunmuşdu.-

288 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ vətəndaşı Bakıdan buraxılmır

05 Eylül 2014

By
@
backtotop