Videomateriallar İsmayıllı hadisələri üzrə istintaqın versiyasını təkzib edir

Bu gün Şəki Apellyasiya Məhkəməsində İsmayıllı hadisələri üzrə prosesdə videomateriallara baxış keçirilib.

Turan-ın xüsusi müxbirinin verdiyi məlumata görə, yanvarın 24-də prokurorluğun əməliyyat qrupu tərəfindən çəkilmiş videoda ReAl lideri İlqar Məmmədova qarşı ifadə vermiş şahid Rövşən Novruzovun daim prokurorun yanında durduğu görünür. Müdafiə tərəfi bunu Novruzovun yalançı şahidliyinin və istintaqla əlaqələrinin sübutu kimi qiymətləndirir.

Daha sonra Unibank-ın İsmayıllı şöbəsinin müşahidə kamerasının görüntülərinə baxılıb.

İstintaq materiallarında iddia olunur ki, yanvarın 24-də saat 16.00-17.00 arasında İ.Məmmədov və Tofiq Yaqublu İsmayıllıda olarkən bir qrup insan Axundov küçəsində (yəni bankın qarşısında) yürüş edib. Lakin videoda görünür ki, belə bir şey olmayıb və sakitlik olub.

Bundan başqa, ANS telekanalının çəkilişlərində İsmayıllıda Tofiq Yaqublunun yerli polis şöbəsinə aparılmaq məqsədilə saxlanılması kadrları lentə alınıb. O, vaxtın çox hissəsini məhz şöbədə keçirib.

Bu da istintaqın Məmmədov və Yaqublunun insanları iğtişaşa təhrik etməsi barədə versiyasını təkzib edir.

Daha sonra məhkəmə müdafiə tərəfin daha üç şahidin məhkəməyə çağırılması haqqında vəsatətini təmin edib. Onlar sentyabrın 17-18-də dindiriləcək.

213 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Videomateriallar İsmayıllı hadisələri üzrə istintaqın versiyasını təkzib edir

05 Eylül 2014

By
@
backtotop