İlqar Nəsibov Türkiyədə müayinə olunduqdan sonra Naxçıvana qayıdıb

Hüquq müdafiəçisi İlqar Nəsibov Türkiyədə müayinə olunduqdan sonra sentyabrın 1-də Naxçıvana dönüb.

Onun xanımı, QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzinin rəhbəri  Məlahət Nəsibova Turan-a bildirib ki, Van şəhərinin Tibb Universitetinin hospitalında müayinə aparılıb.

“Həkimlər belə ağır zədələrdən sonra İlqarın səhhətinin tez bərpa olunmasından təəccübləniblər”, – o qeyd edib.

Türkiyəli həkimlər üz nahiyəsində sınıqların olduğunu, döş qəfəsinin və qabırğanın zədələndiyini bildiriblər. Xoşbəxtlikdən daxili orqanlar zədələnməyib.

İlkin mərhələdə müalicənin düzgün aparıldığını qeyd edən həkimlər bərpaedici terapiyanın davam etdirilməsini məsləhət biliblər. İlqarın üzünün zədələnmiş sağ hissəsində keyləşmə müşahidə olunur.

M.Nəsibova bildirib ki, indiyədək İlqarın döyülməsi faktı üzrə cinayət işi açılmayıb, polis inzibati araşdırma aparır.

Xatırladaq ki, İlqar Nəsibov avqustun 21-də axşam QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzində vəhsicəsinə döyülüb. Yerli və demokratik ictimaiyyət bu vəhşilik aktına etirazını bildirərək bunu Naxçıvandakı qanun pozuntularının açıqlanması üçün qisas kimi qiymətləndiriblər. Lakin hüquq-mühafizə orqanları insidentin məişət zəminində baş verdiyini bildiriblər, heç cinayət işi də qaldırmayıblar.

198 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlqar Nəsibov Türkiyədə müayinə olunduqdan sonra Naxçıvana qayıdıb

02 Eylül 2014

By
@
backtotop