Məhkəmə Eldəniz Quliyevlə bağlı şikayəti icraata götürüb

Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi hakim Xanım Həsənovanın sədrliyi ilə daxili işlər naziri Ramil Usubovun Ziyalılar Birliyinin sədri və kinorejissor Eldəniz Quliyevlə bağlı xüsusi ittiham qaydasında şikayətini icraata götürüb.

Eldəniz Quliyev Turan-a bildirib ki, məhkəmədə vəkili iştirak edə bilməyib. Məhkəmə saat 9.30-da keçirilib və cəmi 10-15 dəqiqə ərzində vəkilin iştirakı olmadan işə baxılıb? qərar qəbul edilib.

İş üzrə hazırlıq iclası sentyabrın 8-nə təyin edilib.

Usubov Quliyevin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə məhkəməyə şikayət edib. Bu maddələrin hər birinin sanksiyasında 6 ayadək həbs var.

Eldəniz Quliyev sosial şəbəkədə daxili işlər nazirinə yol polisi ilə bağlı müraciət edib. Müraciətdə polisin təhqiri yer aldığı bildirilir.

Eldəniz Quliyev ittihamı absurd adlandırıb. “Burada məntiq yoxdur. Başa düşə bilmirəm, kim isə Facebook hesabında yazdığı statusa görə xüsusi ittiham qaydasında məhkəməyə çəkilsin. Bu, absurddur. Hətta statusda ad çəkilmədiyi halda, bir nazir ölkənin ziyalısını, rejissoru xüsusi ittiham qaydasında məhkəməyə çəkir. Ad çəkilmədiyi halda insan özünü necə təhqir olunmuş hesab edə bilər. Bu mənim ictimai-siyasi fəaliyyətimlə bağlıdır. Bu, insanları susdurmaq, ağzını yummaq, müti etmək siyasətidir. Ağla sığmayan məsələdir”, deyə o qeyd edib.

321 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə Eldəniz Quliyevlə bağlı şikayəti icraata götürüb

02 Eylül 2014

By
@
backtotop