RATİ-nin hüquqşünasına ölkəni tərk etməyi qadağan ediblər

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılovaya bu gün ATƏT-in tədbirində iştirak etmək üçün Gürcüstana getməyə icazə verməyiblər.

Bir müddət əvvəl o, bir sıra yerli və xarici QHT-lərə qarşı iş üzrə şahid qismində dindirilib və ona xarici səfərləri haqqında prokurorluğa məlumat vermək zərurəti barədə xəbərdarlıq edilib.

Dünən İsmayılova getmək istədiyi barədə prokurorluğa məlumat verib, ona səfər üçün problem olmadığını deyiblər. Lakin növbəti gün sərhədçilər onu ölkədən buraxmayıblar.

“ATƏT-in iki günlük seminarında iştirak etməli idim. Özü də şahid kimi dindirildiyim istintaqa bununla bağlı xəbər vermişdim. Onlar da demişdilər ki, problem yoxdur, get, qayıt, amma aeroportda sərhəd xidmətində məni buraxmadılar”, deyə İsmayılova bildirib.

Onun sözlərinə görə, ölkədən çıxmasına qadağanı Baş Prokurorluq qoyub.

Avqustun 31-də RATİ-nin digər əməkdaşı, Əbülfət Namazov journalist proqramı üzrə ABŞ-a səfər üçün ölkədən buraxılmayıb. O da bir müddət əvvəl şahid qismində dindirilib.

İyulda RATİ-nin hesabı dondurulub. Avqustun 8-də qurumun ofisində axtarış aparılıb, avqustun 11-də ofis möhürlənib.

Avqustun 8-dən RATİ-nin rəhbəri Emin Hüseynovun taleyi məlum deyil.

279 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

RATİ-nin hüquqşünasına ölkəni tərk etməyi qadağan ediblər

02 Eylül 2014

By
@
backtotop