Uşaqların övladlaşdırılması prosesi artan xətlə inkişaf edir

Ədliyyə Nazirliyi internat müəssisələrindən uşaqların 2005-2006-cı və 2010-2013-cü illərdə övladığa götürülməsinin nəticələrinə dair açıqlama yayıb.

Adı çəkilən dövrdə cəmi internat müəssisələrindən 5414 uşaq övladlığa götürülüb. Sənədə əsasən, 2005-2006-cı ilərdə 1732 uşaq övladlığa götürülüb, 2005-ci ildə 803, 2006-cı ildə isə 929 uşaq valideynlər tərəfindən övladlaşdırılıb. Bu illərdə övladlaşdırma prosesi yüksələn xətlə inkişaf edib.

2010-2013-cü illərdə 3682 uşaq övladlığa götürülüb. 2010-2012-ci illərdə dinamika inkişaf edən xətlə yüksəlib. Belə ki, 2010-cu ildə 798, 2011-ci ildə 934, 2012-ci ildə 989 uşaq övladlaşdırılıb. 2013-cü ildə isə övladlığa götürülən uşaqların sayı 961 olub. Bəhs olunan dövrdə övladlğa götürülən uşaqların 1105 nəfəri 1 yaşa qədər, 2359 nəfəri yaş yarımlıq olub. 6-10 yaşında övladlığa götürülən uşaqlar 1075, 11-17 yaşında övladlığa götürülənlər isə 975 nəfər təşkil edib.

Adı çəkilən dövrdə 339 uşağın övladlığa götürülməsi haqda qərar ləğv edilib. Bunlardan 5 nəfəri bir yaşa, 39 nəfəri yaş yarıma qədər olan uşaqlardır. 6-10 yaş arasında övladlığa götürülmə haqda qərarı ləğv edilən uşaqlar 43 nəfər təşkil edir.

Övladlığa götürülmə haqda qərarın ləğv olunması 11-17 yaş uşaqlar arasında üstünlük təşkil edir. Belə ki, bu yaş kateqoriyasına daxil olan 251 uşaqla bağlı övladlığa götürmə haqda qərara xitam verilib.

308 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Uşaqların övladlaşdırılması prosesi artan xətlə inkişaf edir

02 Eylül 2014

By
@
backtotop