İlqar Nəsibov müalicə üçün Türkiyəyə aparılıb

Naxçıvanda vəhsicəsinə döyülərək ağır  xəsarətlər alan hüquq müdafiəçisi İlqar Nəsibov şənbə günü müalicə üçün Türkiyəyə yola düşüb.

Saat 15:00-a yaxın İlqar və Məlahət Nəsibovalar Naxçıvan-Türkiyə sərhədini keçiblər. Orada onları təcili yardım maşını gözləyib. Onlar Türkiyənin Van şəhərinə yola düşüblər. İ.Nəsibov bu şəhərdəki klinikalardan birində müalicə olunacaq.

NMR-dən çıxarkən hər hansı problemlə üzləşməyiblər.

Xatırladaq ki, İ.Nəsibov avqustun 21-də axşam QHT-nin və Demokratiyanın İnkişafı Resurs Mərkəzində vəhsicəsinə döyülüb.

Yerli və beynəlxalq demokratik ictimaiyyət bu vəhsiliklə bağlı etirazını bildirib, bunu hakimiyyətin Naxçıvanda insan hüquqlarının pozulması faktlarının açıqlanmasına görə qisas kimi qiymətləndirib.

Lakin hüquq-mühafizə orqanları insidentin məişət zəminində baş verdiyini bildirib, heç cinayıt işi də qaldırmayıblar.

323 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

İlqar Nəsibov müalicə üçün Türkiyəyə aparılıb

30 Ağustos 2014

By
@
backtotop