Məhkəmə Rəsul Cəfərovu həbsdə saxladı

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsində (BAM) hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı şikayətinə baxılıb.

Apellyasiya şikayətində qeyd edilirdi ki, Cəfərov istintaqdan gizlənmək və ya istintaqa təsir etmək niyyətində deyil. Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.

Cəfərov gizlənmək istəsəydi, hesablarına həbs qoyulduğunu və cinayət məsuliyyətinə cəlb edilməsi ehtimalı olduğunu öyrəndikdə xaricdən qayıtmazdı.

Digər tərəfdən, Cəfərov istintaqa müntəzəm şəkildə gəlib və araşdırmaya əlindən gəldiyi qədər yardım edib, bütün sənədləri könüllü şəkildə təqdim edib.

Lakin Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Vəkil Namazlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmək niyyətində olduğunu bildirib.

Cəfərov avqustun 2-də həbs edilib. Prokurorluq onu CM-in 3 maddəsi üzrə (192, 213 və 308) – vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.

278 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Məhkəmə Rəsul Cəfərovu həbsdə saxladı

28 Ağustos 2014

By
@
backtotop