Kristofer Ştrasser : “Azərbaycanda vətəndaş cəmiyyəti sistematik şəkildə daraldılır”

 “İyul ayından  biz Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyət sahəsinin növbəti və daha sistematik şəkildə  daraldılmasını  müşahidə edirik”, – Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar məsələsi üzrə keçmiş məruzəçisi, Alman Federal Hökumətinin ombudsmanı  Kristofer Ştrasser  Almaniyanın N-TV televiziyasına şərhində Azərbaycanla bağlı son olayları şərh edib.

O, Azərbaycanda  QHT rəhbərləri və  hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərovun həbsini xatırladıb. “Biz bu təşkilatları  biz ciddi və öz işini sevən tərəfdaşlar kimi tanıyırıq və onlara qarşı qaldırılan iddialar bizə şübhəli görsənir”, – o  bildirib

K.Ştrasser Azərbaycannın bu il Avropa Şurası Nazirlər Komitəsində sədrliyini xatırladıb.

“Təəssüf ki, Azərbaycan hökuməti Avropa Şurasında sədrliyini hüquqi dövlət, fikrini ifade etmə  ve toplanma azadliğı  ilə əlaqədar Avropa  Şurasının dəyərlərini öz ölkəsində inandırıcı şəkildə  gücləndirmək üçün istifadə etmir”, – o vurğulayıb.

Ölkənin Avropa Şurasına qəbulundan sonra AŞPA deputatları Azərbaycanda siyasi məhbuslarla bağlı 3 siyahı hazırlayıblar. Bu siyahının birini Georges Clerfayt, digərini Malcolm Bruce, 60 siyası məhbus adının daxil olduğu 3-cü siyahını isə Christoph Strasser açıqlamışdı. Strasser-in siyahısı AŞPA-da müzakirəyə çıxarılsa da, qəbul edilməyib.

277 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Kristofer Ştrasser : “Azərbaycanda vətəndaş cəmiyyəti sistematik şəkildə daraldılır”

28 Ağustos 2014

By
@
backtotop