ABŞ Dövlət Departamenti İlqar Nəsibovu döyənlərin tapılıb cəzalandırılmasını tələb edir

ABŞ Dövlət Departamentinin mətbuat katibi hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun vəhsicəsinə döyülməsi ilə bağlı bəyanatla çıxış edib.

Turan-a daxil olan bəyanatda deyilir: “Biz avqustun 21-də Naxçıvanda tanınmış vətəndaş fəalı, Demokratiyaya Dəstək qeyri-hökumət təşkilatının əməkdaşı İlqar Nəsibovun döyülməsini pisləyirik.

İ.Nəsibov 10 ildən çoxdur ki, hörmətli vətəndaş cəmiyyəti fəalı və hüquq müdafiəçisi kimi tanınır. Biz belə başa düşürük ki, indiki vəziyyətdə polis və prokurorluq dərhal araşdırmaya başlayıblar. Biz çevik, hərtərəfli və şəffaf araşdırmanın aparılmasını, hücum edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını  istəyirik.

Biz Azərbaycan hökumətini fundamental azadlıqların – ifadə, toplaşma və birləşmə azadlıqlarının müdafiəsi üçün təcili addımlar atmağa çağırırıq”.-

186 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

ABŞ Dövlət Departamenti İlqar Nəsibovu döyənlərin tapılıb cəzalandırılmasını tələb edir

28 Ağustos 2014

By
@
backtotop