Fitch Ratings – Azərbaycan bankları dünyada neftin bahalığı və ciddi dövlət xərcləri fonunda möhkəmdir

Fitch Ratings hesabatında bildirir ki, Azərbaycan bankları neftin bahalığı və ciddi dövlət xərcləri fonunda möhkəmdir.

Amma iqtisadiyyatın neft sektorundan asılılığı aktivlərin keyfiyyəti və mənfəətliliyi dəyişkən edir. «Aktivlərin keyfiyyəti pərakəndə kreditlərin artımı ilə bağlı əsas riskdir. Uzunmüddətli korporativ kreditləşmə xüsusi narahatlıq doğurur. Onun çoxu layihə maliyyələşməsi və tikinti üzrədir, çox vaxt kredit müddətinin sonunda eyni vaxtda ödənilir. Nəticədə hələlik bu kreditlərin keyfiyyəti zamanın sınağından çıxmayıb», – deyə hesabatda bildirilir.

Fitch ekspertlərinə görə, kreditlərin gec qayıtması bankların likvidlik riskini artırır. Müştəri fondlanması bunu zəiflədən amildir. Biznesin miqyası az olduğu, kreditləşmə sürətlə artdığı, zəif mənfəət üzündən banklarda kapital çatışmazlığı var. Pərakəndə kreditləşmə, mikro, kiçik və orta kreditləşmə ilə məşğul olan banklarda mənfəətlilik daha yüksəkdir.

Xatırladaq ki, I yarımildə 44 bank iqtisadiyyatın kapitallaşmasını 16 mlrd 754,8 mln manata (+21,64%) çatdırıb. İstehlak kreditləşməsinin həcmi daha çox – 31% artıb. Bankların portfelində istehlak kreditləşməsinin payı 40,7% və ya 6 mlrd 819,9 mln manat (+3%) olub.

Vaxtı keçmiş kreditlər 5,24% və ya 877,6 mln manatdır. İl ərzində onlar 12,2% artıb.

253 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Fitch Ratings – Azərbaycan bankları dünyada neftin bahalığı və ciddi dövlət xərcləri fonunda möhkəmdir

28 Ağustos 2014

By
@
backtotop