Azərbaycanda heydanların virusdan ölməsi qeydə alınıb

Azərbaycanda nodulyar dermotit virus yayılıb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin məlumatına görə, respublikanın Ağdaş, Zərdab və  Bərdə rayonlarında infeksion xəstəliyindən artıq 11 baş ev heyvanı ölüb.

Mətbuat xidmətindən Turana bildiriblər ki, ümumilikdə 1,6 min heyvanda virus qeydə alınıb, onlardan 1,2 mini zərursi müalicə alıb, qalan 400-ü mütəxəssislərin nəzarəti altındadır.

Ekspertlərin fikrincə, bu xəstəlik növü qansoran həşaratlar, o cümlədən böyənək, milçək və ağcaqanad vasitəsilə keçir. Bu səbəbdən heyvanların yüksək rütubətli yerdə saxlanılması tövsiyə edilmir, həmçinin heyvanları otlaqlara çıxarılması lazım deyil.

Fermerlər yemə xüsusi diqqət ayırmalı, ev heyvanlarının kompleks qidalanmasını təmin etməlidir.

İribuynuzlu heyvanlarda “Nodulyar dermatit” xəstəliyi virus mənşəli olmaqla qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

306 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Azərbaycanda heydanların virusdan ölməsi qeydə alınıb

28 Ağustos 2014

By
@
backtotop