Həsən Hüseynlinin şikayəti üzrə apellyasiya

Avqustun 27-də Gəncə Apellyasiya Məhkəməsində hakim Bədəl Əliyevin sədrliyi ilə “Kamil Vətəndaş” Cəmiyyətinin rəhbəri Həsən Hüseynlinin apellyasiya şikayəti üzrə ilkin baxış iclası olub. Məhkəmə işi 9 sentyabr saat 15.00-da yekun baxış təyin edib. Bu barədə vəkil Elçin Sadıqov Turan-a bildirib.

 Vəkillər Həsən Hüseynli barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətləri təmin etməyib.

 Həsən Hüseynli Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah  qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinir. O, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14 iyul tarixli hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Hüseynli məhkəmənin bu hökmündən apellyasiya şikayət verib.

 Həsən Hüseynli ölkənin qərb regionunda maarifçi ziyalı kimi tanınıb. Onun həbsi çoxsaylı yerli və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb.

260 dəfə oxundu

Mövzu

Oxşar xəbərlər

Həsən Hüseynlinin şikayəti üzrə apellyasiya

28 Ağustos 2014

By
@
backtotop